Abunəçilər ölkə xaricində xərclədikləri məbləğin ƏDV hissəsini geri ala biləcəklər
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Novruz bayramı tətilini başqa ölkələrdə keçirəcək abunəçilərinə “Bakcell TaxFree4U” xidmətindən yararlanmağı tövsiyə edir.
Bununla onlar xərclədikləri məbləğin əlavə dəyər vergisini (ƏDV) rahat formada geri ala biləcəklər.
“TaxFree4U” xidməti ilə əməkdaşlıq çərçivəsində Avropa ölkələrinə səfər edən Bakcell müştəriləri həmin ölkələrdə alış-veriş zamanı xərclədikləri məbləğin ƏDV-sini geri almaq üçün xüsusi mobil əlavədən istifadə etməlidirlər. “Bakcell TaxFree4U” mobil əlavəsi sayəsində həmin əlavə vasitəsilə qeydiyyata alınan xərclər üçün bəyannamə doldurmağa və yaxud bir neçə yerdə növbədə durmağa ehtiyac yoxdur. Həmçinin, abunəçilər sadəcə tərəfdaş mağazalar şəbəkəsində edilən alış-verişə görə deyil, ƏDV ödəyicisi olan bütün ticarət obyektlərində edilən alış-verişə görə ödənmiş məbləğin də ƏDV hissəsini geri ala bilirlər.
Bakcell abunəçiləri mobil telefonlarına “Bakcell TaxFree4U” mobil əlavəsini yüklədikdən sonra Almaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya və ya Böyük Britaniyada olarkən etdikləri xərcləri bu proqrama asanlıqla daxil edə və xərclədikləri ümumi məbləğin 19%-ə qədərini geri ala bilərlər.
Azərbaycan, ingilis və rus dillərində təqdim edilən mobil əlavədən bütün Bakcell abunəçiləri üçün nəzərdə tutulub.
“Bakcell TaxFree4U” mobil əlavəsini AppStore və ya GooglePlay vasitəsi ilə yükləmək olar. Qeydiyyatdan keçmək üçün 5678 qısa nömrəsinə SMS yollamaq yetərlidir
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 19 saat əvvəl
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB



















