Ölümün 80%-i qeyri-infeksion xəstəliklərin payına düşür - Azərbaycanda
“Əgər 30-50 il əvvəl Azərbaycanda insanların böyük qismi infeksion xəstəliklərdən ölürdüsə, son 25 ildə insanlar qeyri-infeksion xəstəliklərdən ölür. Hazırda Azərbaycanda xəstələnmə və ölüm halları qeyri-infeksion xəstəliklərdən baş verir”. Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri müavini Nabil Seyidov deyib.
O bildirib ki, ölkədə insanlar əsasən ürək-damar, beyin-damar (insult, infarkt) xəstəliklərindən (51%) və onkoloji xəstəliklərdən (11%) həyatlarını itirir: “Proqnozlara görə 2020-ci ilədək ürək-damar və onkoloji xəstəliklərdən ölənlərin 15% artması gözlənilir”.
N. Seyidovun sözlərinə görə, Azərbaycanda qeyri-infeksion xəstəliklərdən ölən və xəstələnənlər əsasən əmək qabiliyyətli insanların (40-60 yaş) payına düşür: “Hazırda Azərbaycanda ölüm hallarının 80%-i qeyri-infeksion xəstəliklərin (ürək-damar, beyin-damar, onkoloji, tənəffüs orqanlar xəstəlikləri və s.) payına düşür”.
İSİM rəsmisi onu da qeyd edib ki, Azərbaycanda süd-vəzi xərçəngindən ölənlərin sayı kəskin azalıb.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)








