Yollarda sayı artacaq
British Petroleum (BP), ətraf mühit dostu olan elektrikli avtomobillərin (elektromobil) sayının dünyada 2035-ci ilə qədər 100 milyona çataraq, qlobal avtomobil parkının 5,5%-ini yaradacağını açıqlayıb.
Məşhur avtomobil markalarının inkişaf etdirdikləri yeni model elektrikli vasitələr, istifadəçilərin diqqətini çəkməyə və nəqliyyatda artım göstərməyə başlayıb.
"Marja" xəbər verir ki, BP-nin "Enerji Mənzərəsi" hesabatında, 2015-də 1,2 milyon olan elektrikli vasitə sayının 2035-ci ilə qədər təxminən 100 milyona çatacağı qeyd edilib.
Hesabatda, bu rəqəmin dörddə birini hibrid vasitələrin, qalanını isə yalnız elektriklə işləyən maşınların yaradacağına diqqət çəkilib.
PAYI 5,5 FAİZ OLACAQ
Dünyadakı ümumi avtomobil parkının 2035-ci ilə qədər gəlir artımı və infrastruktur təkmilləşdirmələri ilə 1,8 milyard ədədə çıxacağının qeyd olunduğu hesabatda, elektrikli vasitə sayının həmin dövrdə ümumilikdə parkın 5,5%-ni təşkil edəcəyi qeyd edilib.
Hesabatda, "Artan rifah səviyyəsi inkişaf etməkdə olan ölkələrdəki maşın sahibi olma nisbətini artrır. Həmçinin məhsuldarlığı artan batareyaların ucuzlaşması elektromobillərə keçidi təşviq edir" - qeyd edilib.
Elektrikli avtomobillərin artmasında ən mühüm amilin yanacaq qiymətlərinin olduğu vurğulanan hesabatda, elektrikli avtomobil batareyalarının maya dəyərinin düşməsi, hökumətlərin elektrikli vasitələrə dair təşviqlər digər mühüm amillər kimi göstərilib.
NEFTƏ TƏLƏBİ 1,2 MİLYON BAREL AZALDA BİLƏR
Hesabatda, elektrikli vasitələrin neft tələbini az da olsa yavaşlatdığı qeyd edilib, 2015-ci ildə nəqliyyatdakı vasitələrin gündəlik 19 milyon barrel yanacaq tələbi olduğu və bu rəqəmin qlobal neft tələbatının beşdə birinə uyğun gəldiyi qeyd edilib.
Gələcək 20 ildə vasitə sayının iki dəfə artmasının eyni şəkildə yanacaq tələbini də artıracağı qeyd edilən hesabatda, "Elektrikli vasitə sayındakı 100 milyonluq artım neft tələbatını gündəlik 1,2 milyon barrel azaldacaqdır" ifadələri istifadə edilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
4 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
9 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 21 d. əvvəl
- 23 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















