Beynəlxalq Bank kredit şərtlərini tam dəyişib - daha aşağı aylıq ödənişlər!
Müştərilərin istəklərini daim nəzərə alan Azərbaycan Beynəlxalq Bankı nağd pul kreditinin onlar üçün daha asan və sərfəli olmasından ötrü kredit şərtlərini tam dəyişib. Bu barədə "Marja"ya bankdan bildirilib.
Yeni şərtlərlə nağd pul krediti bankın əmək haqqı və pensiya kartı sahiblərinə “BİZDƏ VAR!” devizi altında istənilən məqsədlər üçün təqdim olunur.
Belə ki, kreditin maksimal məbləği 20.000 manata qədər, müddəti 60 ayadək artırılıb. Faiz dərəcəsi isə növbəti dəfə azaldılıb. Azərbaycan Beynəlxalq Bankının nağd pul kreditlərinin illik faiz dərəcəsi indi cəmi 23%-dən başlanır. Müştərilərə 5000 manata qədər krediti bankdan zaminsiz almaq imkanı yaradılıb. Üstəlik, kredit almaq üçün müştərinin yaş məhdudiyyəti də 70 yaşadək yüksəlib.
Ödənişlərə gəlincə, müştəri məsələn, 3000 manat məbləğində kredit aldıqda ayda artıq 120 manat deyil, cəmi 87 manat, 5000 manat aldıqda 199 manat əvəzinə indi 144 manat, 10000 manat aldıqda isə 398 manat deyil, cəmi 288 manat kredit borcu ödəyəcək.
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əmək haqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əmək haqqı və ya pensiya kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan nağd pul kreditini sifariş vermək olar. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməli və ya 8937 qısa nömrəsinə SMS göndərməlidir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 35 d. əvvəl
-
50 d. əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 59 d. əvvəl
-
1 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
1 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
1 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
2 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 23-də gözlənilən hava şəraiti
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir





















