Azərbaycan istehlakçıları xərclərinə daha ehtiyatla yanaşmağa başlayıb
Azərbaycan istehlakçıları dünya iqtisadiyyatında baş verən qeyri-müəyyənliklər və neft qiymətlərinin düşməsindən sonra daha cari xərclərinə daha rasional və ehtiyatla yanaşmağa başlayıblar.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına əsasən, 2016-cı ildə Azərbaycan əhalisinin gəlirləri 8,7% artım göstərdiyi halda, pərakəndə satışlar cəmi 1,5% artıb: "Yəni, əhali gəlirlərini daha çox yığıma yönəldiblər. Bu, əlbəttə, Azərbaycan Mərkəzi Bankı (AMB) üçün müsbət amildir. Çünki, belə olduğu halda, inflyasiya idarə olunan və getdikcə azalan tendensiya göstərir. Digər müsbət hal odur ki, yığım səviyyəsinin artması idxalın həcmini azaldaraq tədiyyə balansına müsbət təsir göstərir".
Lakin əhalinin qənaətcil olmasının mənfi fəsadları da mövcuddur. Bu durum iqtisadi artım tempinin yavaşlamasına gətirib çıxarır. İstehlak xərclərinin azalması iqtisadi aktivliyi aşağı salır. Nəticədə, vergi və gömrük rüsumlarının yığım səviyyəsində azalma baş verə bilər. Əlbəttə, bu geriləmə manatın məzənnəsinin ucuzlaşdırılması ilə kompensasiya edilir.
Həmçinin bildirmək lazımdır ki, əhali yığımlarının daha çox hissəsini özündə, qalanını isə banklarda saxlayır: "İş ondadır ki, banklarda olan vəsaitlərin hazırkı payının 25-30% olması və zəif iqtisadi aktivlik şəraiti səbəbindən, onların iqtisadiyyata geri dönməsi real görünmür. Məhz 2016-cı ildə iqtisadiyyata kredit qoyuluşlarının 13,2% azalması amili də bunu təsdiq edir".
Araşdırmalara görə, yaxın illərdə cari iqtisadi vəziyyətdən çıxış yalnız neft qiymətlərinin artması hesabına baş tuta bilər: "Uzunmüddətli perspektivdə isə iqtisadiyyatın diversifikasiyası və turizm sektorunun inkişafı əhalinin gəlirlərinin sabit artımını təmin edəcəyindən istehlak xərcləri getdikcə sürətlənə bilər. Mövcud iqtisadi durum isə hələ bir qədər də davam edəcək".
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 19 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 22 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır





















