Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

İş adamları pulu harada və necə xərcləməklə bağlı hansısa qurumdan icazə almalıdır?

iç səhifə xəbər başlığı altı (mobil)_31
İş adamları pulu harada və necə xərcləməklə bağlı hansısa qurumdan icazə almalıdır?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət Gömrük Komitəsi bəzi sahibkarların ixrac yolu ilə qazandıqları pulları ölkə daxilində deyil, xaricdə xərcləməsindən narahatdır. İqtisadçı Vüqar Bayramov bldirib ki, sahibkarlar puldan istifadəyə sərbəst qərar verməlidirlər.

 

Reklam_3_11

“Maraqlıdır, məgər iş adamları qazandıqları pulu harada və necə xərcləməklə bağlı hansısa qurumdan icazə almalıdır? İqtisadiyyatın fundamental qanunu sahibkarın əldə etdiyi puldan istifadəyə sərbəst qərar verməsidir. Onu xaricdə də xərcləyə bilər, daxildə də. Amma bütün hallarda qərarı hansısa qurum deyil, sahibkarın özü verməlidir. Onsuzda sahibkarlar öz biznes fəaliyyətlərini davam etdirmək üçün ixrac nəticəsində qazandıqları pulun bir hissəsini bütün hallarda ölkəyə gətirilər. Onsuz da ixrac hətta pulun bir hissəsi xaricdə xərcləndiyi hallarda da ölkə üçün valyuta deməkdir”.

 

“Malları ixrac edib, pulunu xaricdə dövriyyəyə buraxırlar”

 

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsi Azərbaycandan ixrac olunan məhsulların dəyərinin ölkə ərazisinə gətirilməsinə daha ciddi nəzarət edəcək. Çünki xaricdə satılan Azərbaycan malları üzrə valyutanın bir hissəsinin ölkəyə vaxtında daxil olmadığına dair şübhələr yaranıb.  

   

“Marja”nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirmişdi.

 

“İxracatçı, pulu qabaqcadan ödənilməyən vəziyyətdə bankdan zəmanət məktubu alıb gömrük orqanına təqdim edirdi. Sonradan bu sənədin təqdim edilməsi ləğv edildi. Məqsəd sənədlərin azaldılması,  ticarətin sadələşdirilməsi idi.  Amma biz hiss edirik ki,  bu pulların xaricdən gec gətirilməsinə, xaricdə dövriyyəyə buraxılmasına şərait yaradır. Biz yenidən zəmanət məktubu alınıb gömrük orqanlarına təqdim edilməsinin bərpasını istəyirik və bu barədə təklifimizi hazırlayıb hökumətə təqdim etmişik. İndiki valyuta qıtlığı şəraitində satılan məhsulların pulunun ölkəyə gətirilməsi çox vacibdir”,- Komitə sədri demişdi.

27.01.2017 07:22
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18