"Bütün neqativ hallar sığorta bazarından yığışdırılacaq"
Xəbər verdiyimiz kimi, müxtəlif vasitələrlə avtomobil sahiblərinin nömrələrini əldə edərək onları sığorta ilə bağlı bezdirən sığortaçı qızlar yeni satış üsuluna başlayıb. İndi də sürücüləri şantaj edərək sığorta satmağa çalışırlar.
Maliyyə Bazarlarına Nəzarət Palatası sürücülərin şantaj edilməsi, o cümlədən avtomobil sahiblərinə aid məlumat bazasının sığortaçıların əlinə keçməsi məsələsinə aydınlıq gətirib. MBNP-dən bildirilib ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən sığorta bazarının peşəkar iştirakçıları peşəkar fəaliyyətləri nəticəsində əldə etdikləri sığorta sirri hesab edilən məlumatları qorumalı və həmin məlumatları Qanunda nəzərdə tutulan hallardan başqa digər şəxslərə açıqlamamalıdırlar.
“Sürücüləri şantaj edən sığortaçıların lisenziyası ləğv ediləcək”
Bu Qanunun tələbinə riayət olunmadıqda maliyyə bazarlarına nəzarət orqanı verilmiş lisenziyanı ləğv edir. Palatadan bildirilib ki, qurum sığorta bazarında daim monitorinq həyata keçirilməsi üçün monitorinq qrupu yaradıb. Bundan əlavə, qeyd edilən məsələ ilə bağlı Palataya daxil olan şikayətlər dərhal araşdırılır və sığorta qanunvericiliyinin pozulması faktı aşkar edildikdə bu nöqsanın aradan qaldırılması üçün müvafiq nəzarət tədbirləri həyata keçirilir.
Palata: “Şantaj edilən sürücülər polisə müraciət etsin”
Palata eyni zamanda avtomobil sahiblərinə müraciət edərək bildirir ki, onlara məxsus olan sığorta sirri məlumatlarının sığorta bazarının peşəkar iştirakçıları tərəfindən yayılması halı ilə rastlaşdıqda dərhal Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etsinlər: “Hər bir müraciət dərhal araşdırılacaq. Əgər qeyd edildiyi kimi, sığorta bazarının peşəkar iştirakçısı tərəfindən sığorta sirri hesab edilən məlumatın qorunması tələblərinin pozulması faktı müəyyən edilərsə həmin şəxsin lisenziyası məcburi qaydada ləğv ediləcəkdir”. Həmçinin şantaj və ya bu kimi digər sığorta fəaliyyəti üzrə Palatanın mandatına aid olmayan hallar yarandıqda hüquq mühafizə orqanlarına müraciət edilməsi tövsiyə edilir.
“Palata icbari avtosığorta üzrə məlumat bazasına sahib deyil”
Sorğuya cavab olaraq Palatadan o da bildirilib ki, qurum avtomobillərin icbari sığortası üzrə sığortalılara məxsus olan müqavilə məlumatlarına malik deyildir. Bununla əlaqədar, müvafiq məlumatların Palata tərəfindən üçüncü şəxslərə verilməsi mümkün deyildir.
Bundan əlavə MBNP-dan bildirilib ki, hazırda sığorta bazarında 758 sığorta agenti fəaliyyət göstərir. Palata ümumilikdə bu kimi qeyri-sağlam fəaliyyətin qarşısını almaq üçün konkret addımlar atmağa başlayıb. Avtomobillərin icbari sığortasında mövcud sistemin təkmilləşdirmə prosesi gedir. Qarşıdakı bir neçə ay ərzində bütün neqativ hallar sığorta bazarından yığışdırılacaq.
© Fins
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)














