“Balxurma” Hollandiya, Litva və Rusiyaya məhsul ixracına başlayacaq
“Balxurma” MMC-nin meyvə və giləmeyvələrin quru və yarımquru emalı müəssisəsi 2017-ci ildə Balakən rayonunun Katex kəndində fəaliyyət başlamışdır.
“Balxurma” MMC-nin icraçı direktoru İsfəndiyar İsfəndiyarov müsahibəsində müəssisənin fəaliyyəti, əldə olunan ilk uğurlar və gələcək planlar barədə məlumat verib.
O bildirib ki, xurma Balakəndə ən çox istehsal olunan meyvədir. Hər il rayonda 15 min tona yaxın xurma istehsal olunur. Yeni fəaliyyətə başlayan müəssisə xurmanın satışında yaranan problemlərin həllini aradan qaldırmağa, daxili və xarici bazarlara qablaşdırılmış formada yüksək keyfiyyətli məhsullar çıxarmağa imkan verəcək.
Həftəlik istehsal gücü 20 ton olan bu emal müəssisəsi müasir standartlara cavab verən avtomatlaşdırılmış texniki avadanlıqla təchiz edilib. Müəssisədə emal olunan xurma rayon sakinlərinin şəxsi bağlarından yığılan tam gigiyenik və ekoloji cəhətdən təmiz məhsuldur. Həmin ərazidə bir neçə il əvvəl fəaliyyətə başlayan, 2 min ton tutuma malik soyuducu anbar kompleksi müəssisənin xammala olan tələbatının stabil və uzun müddətli təmin etməyə imkan verir.
Direktorun bildirdiyinə görə, “Balxurma” müəssisəsi qida təhlükəsizliyi sahəsində “İSO 22000” beynəlxalq sertifikatını alıb. Bu sertifikat müəssisə üçün dünya və Avropa bazarlarına çıxış imkanları yaradır. Bundan əlavə, beynəlxalq səviyyəli laboratoriyalar tərəfindən verilən sertifikat və rəylər də müəssisənin istehsal etdiyi məhsulların dünya bazarlarında ciddi rəqabət şəraitində davam gətirməsinə zəmanət verir.
Fəaliyyətə başlamasından az müddət keçməsinə baxmayaraq, müəssisənin artıq müəyyən uğurlara imza atdığını vurğulayan İsfəndiyar İsfəndiyarov deyib: “Berlin, Dubay, Şanxay şəhərlərində, həmçinin Bakıda keçirilən ərzaq sərgilərində məhsulumuzun keyfiyyəti iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Ötən ilin sentyabrında Moskvada keçirilən “WorldFood Moskow” Beynəlxalq Ərzaq Sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində öz təbii və keyfiyyətli məhsulları ilə ziyarətçilərin və sərgi təşkilatçılarının diqqətini cəlb edən müəssisəmiz 2017-ci ilin məhsulu nominasiyası üzrə qızıl medala layiq görülüb. Onu da qeyd edim ki, quru meyvə istehsalı və emalı sahəsində yalnız Azərbaycan şirkətləri – “Balxurma” və fındıq istehsalçısı “Azərstar” sərginin təşkilatçıları tərəfindən mükafatlandırılıb. Müəssisəmizin bu mükafata layiq görülməsi məhsullarımızın ekoloji təmiz olması, həmçinin istehsal və emal prosesinin müasir texnologiyalara əsaslanması ilə bağlıdır”.
Müəssisə rəhbəri bildirib ki, məhsul satışı ilə bağlı artıq Avropanın bir sıra ölkələri ilə müqavilələr bağlanılıb. Müqavilə əsasında bir neçə gündən sonra Hollandiya, Litva və Rusiyaya ilk məhsul ixracına başlanılacaq. Hazırda 100 nəfər işçinin çalışdığı bu emal müəssisəsində gələcəkdə xurmadan doşab və cem istehsal olunması, həmçinin 14 növ meyvə və giləmeyvənin quru və yarımquru emal edilməsi nəzərdə tutulur.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
14 d. əvvəl
ZEEKR brendinin satış mərkəzinin yeni binasının açılış mərasimi və 9X modelinin təqdimatı keçirilib
- 19 d. əvvəl
-
34 d. əvvəl
Milliön ilk dəfə ödəniş terminallarında şəxsi kabinet təqdim edir - DAHA SÜRƏTLİ ÖDƏNİŞ
-
1 saat əvvəl
Asiya İnkişaf Bankı, Unicapital və ABB Invest beynəlxalq forumda iştirak ediblər
-
1 saat əvvəl
“Biz hədəfləmişik ki 2029-cu ilin sonunda 1 milyard manatlıq bank olaq”
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank sədri: “Aqro kreditlər üzrə yeni məhsullar təqdim edəcəyik”.
-
2 saat əvvəl
Çünki sən belə sevirsən… Baku Electronics sevənləri anlayır!
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Milliön ilk dəfə ödəniş terminallarında şəxsi kabinet təqdim edir - DAHA SÜRƏTLİ ÖDƏNİŞ
Bank sədri: “Aqro kreditlər üzrə yeni məhsullar təqdim edəcəyik”.
Ən çox oxunanlar
Çünki sən belə sevirsən… Baku Electronics sevənləri anlayır!
Banklarda Agile niyə işləmir?
Azərbaycan neftinin son qiyməti
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə direktor təyin edilib
"Bank Avrasiya"nın adı Şikayət indeksində 1-ci yerdədir
Rəsmi məzənnələr açıqlandı
























