Azərbaycanda “GetContact”a qadağa qoyuldu
Azərbaycanda “GetContact” proqramına giriş məhdudlaşdırılıb.
Bu proqram vasitəsilə istənilən nömrəni axtarışa verib onun kimə məxsus olduğunu öyrənmək mümkün olurdu. Belə ki, proqram telefona yüklənən zaman istifadəçidən şəxsi məlumatlarına, həmçinin yaddaşda saxlanılan telefon nömrələrinə girişə icazə verilirdi. Bu üsulla proqramı yükləyən hər kəsin telefonundakı nömrələr vahid bazada toplanırdı. Sonra isə hər hansı bir nömrəni proqramın axtarış hissəsinə yazıb sorğu verdikdə həmin “app”i yükləyən şəxslərin bu nömrəni hansı adla qeydiyyatdan keçirdiyi üzə çıxırdı.
Bu proqramdan istifadə edənlərin sayı artıqca məsələ gündəmə gəldi və bir çox şəxslərin şəxsi məlumatların yayılmasından narahatlıqlarını bildirdilər. Artıq dünəndən həmin proqrama giriş bloklanıb.
Məlumata görə müvafiq şikayətlərdən sonra ölkə ərazisində bu proqramın istifadəsinə rəsmi olaraq icazə verilmir.
© Qafqazinfo
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 18 saat əvvəl
-
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















