Expressbank təmassız ödəniş kartlarını təqdim edir
İnnovativ məhsulları ilə daim maraq mərkəzində olan Expressbank-dan daha bir yenilik: Təmassız ödəniş kartları!
Expressbank yeni VISA payWave və MasterCard Contactless kartları ilə təmassız ödəniş texnologiyasını hər kəs üçün əlçatan etdi. Artıq hər kəs Expressbank-ın istənilən filialına yaxınlaşaraq təmassız ödəniş kartı sifariş edə bilər. Təmassız ödəniş – plastik kartı POS-terminala daxil etmədən, məsafədən ödənişin aparılması texnologiyasını əks etdirir.
Bu kartlar vasitəsi ilə 20 AZN-dək xırda ödənişlərin aparılması zamanı PİN-kodun daxil edilməsinə ehtiyac qalmır. Çünki ödəniş etmək plastik kartı xidmət nöqtəsinin personalına təqdim etmədən terminala yaxınlaşdırmaqla mümkündür. Bu həm nağdsız ödənişlərin təhlükəsizliyini yüksəldir, həm də müştərilərin vaxtına daha çox qənaət edir. Böyük məbləğdə ödənişlərin həyata keçirilməsi üçün PİN-kodun daxil olunması, yəni standart avtrorizasiya tələb edilir.
VISA ödəniş sistemi üzrə Classic, Gold və Platinum tipli kartlar, MasterCard ödəniş sistemi üzrə Standard, Gold və Platinum tipli kartlar tam olaraq təmassız texnologiyaya keçirilir.
Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa / MasterCard Gold, 800 AZN ilkin mədaxillə isə Visa / MasterCard Platinum kartlarını Pulsuz sifariş etmək mümkündür.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
30 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
-
16 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu


























