Əmanətçilər “Əmanətlərin Sığortalanması Fondu”na onlayn müraciət edə biləcəklər
Yaxın vaxtlarda “Əmanətlərin Sığortalanması Fondu”nun təqdim etdiyi “Əmanətçilərin məlumatlarının dəqiqləşdirilməsinə dair elektron müraciət” adlı elektron xidmət “Elektron hökumət” portalı üzərindən vətəndaşlara təqdim ediləcək.
Belə ki, əmanətçilər depozit məlumatlarının dəqiqləşdirilməsi üçün fonda müraciəti heç yerə getmədən, onlayn olaraq portal üzərindən edə biləcəklər.
Bunun üçün ilk növbədə “Elektron hökumət” portalının təqdim etdiyi 4 autentifikasiya vasitələrinin birindən istifadə etməklə qeydiyyatdan keçmək vacibdir.
Bu zaman ilk olaraq vətəndaşın şəxsiyyət vəsiqəsi üzrə məlumatları ekranda görünür.
Təqdim olunan anket üzrə tələb olunan digər zəruri məlumatları isə vətəndaş özü əlavə edir. İstifadəçi əlaqə nömrəsi, əmanət müqaviləsinin nömrəsi, e-mail və əmanət müqaviləsinin tarixini qeyd edərək əmanətçinin təmsil olunduğu bank kateqoriyası üzrə ona uyğun olan bankı seçib, əmanət müqaviləsini əlavə edir və müraciətdəki məlumatların doğruluğunu təsdiq edib “göndər” düyməsini sıxmaqla müraciətini göndərmiş olur.
Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 9 fevral 2007-ci il tarixli Fərmanına əsasən yaradılıb, 2007-ci ilin 12 avqust tarixindən isə fəaliyyətə başlayıb. Fondunun yaradılmasında məqsəd banklar və xarici bankların yerli filiallarının ödəmə qabiliyyətini itirdiyi hallarda fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, Azərbaycan Respublikasında maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.
Fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına malik olan bütün banklar və xarici bankların yerli filialları Fondun məcburi iştirakçılarıdır. İştirakçı bankların Azərbaycan Respublikası ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























