Məşhur bez markası 5 min nəfəri işdən çıxarıb, 10 fabrikini bağlayır
"Huggies", "Kleenex" və "Kotex" markalarının sahibi "Kimberly-Clark" şirkəti 5 min nəfəri işidən çıxaracağını açıqlayıb. Bu say, şirkətin cəmi işçi qüvvəsinin 13%-nə bərabərdir.
"Marja" xəbər verir ki, həmçinin şirkət dünya miqyasında 91 fabrikindən 10-unu bağlayacaq ya da satacaqdır. Proqram çərçivəsində 2021-ci ilə qədər 2 milyard dollarlıq qənaət edilməsi hədəflənir.
Şirkətin İcraçı direktoru Thomas Falk məsələ ilə bağlı verdiyi açıqlamada "Sözügedən dəyişikliklər gəlirliliyi yüksəldəcək, böyümə imkanlarına sərmayə yatırmağımız üçün elastiklik təmin edəcək və rəqabət qabiliyyətimizi artırmağa kömək olacaqdır" deyib.
2017-nin son rübündə "Kimberly-Clark"ın satışları 1 faiz artaraq 4,6 milyard dollar olub. Satışların 2018-ci ildə 1 -2% artım göstərəcəyi gözlənilir.
"Kimberli-Klark" ABŞ-ın şəxsi gigiyena məhsulları korporasiyasıdır. "Kleenex", "Huggies" and "Kotex" şirkətin məşhur brendləridir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb















.jpg)



