Çiyələk əkən fermerlər təkliflər səsləndiriblər
Kartofdan gəlir götürə bilməyən cəlilabadlı fermerlər çiyələk sahələrini artırmağa qərar veriblər. Bu sahənin daha gəlirli olmasını düşünən fermerlər satış zamanı problemlərlə üzləşirlər.
Daxili bazarın tələbatını artıqlaması ilə ödəyən cəlilabadlı fermerlərin növbəti məqsədi xarici bazara hədəflənməkdir. Ən optimal variant isə Rusiya bazarlarıdır.
Fermer Mirismayıl Quliyev deyir ki, emal müəssisələri yaradılarsa rayonda müxtəlif çeşidli çiyələk məhsulları istehsal olunar və bu məhsullar da xarici ölkələrə ixrac edilər. Bundan başqa, Cəlilabad çiyələyinin Rusiya bazarlarında satışının təşkili üçün xüsusi təyinatlı avadanlıqlara ehtiyac var.
Fermer Mirismayıl Quliyev: “Əsas çiyələkçilik üçün lazım olan, gəlir əldə eləməkdən ötrü şoklanma və soyuducu sistemlərin qurulmasıdır. Şoklanma odur ki, çiyələk müəyyən dərəcəyə qədər sərinləşdirilir, onun dözümlülüyü artır. Həmin çiyələk sərinləşdiriləndən sonra 15-20 gün dözə bilir, korlanmır.”
Fermer deyir ki, son günlər havaların quraq keçməsi istixana şəraitində becərilən çiyələyə təsir etməyib. Kollar hər ay normaya uyğun suvarılıb. Lakin bundan sonra havalar soyuq və şaxtalı keçərsə bu şübhəsiz məhsuldarlığa ciddi ziyan verə bilər. Çünki, şaxtalı və soyuq hava bitkinin vegetasiya dövrünü ləngidir.
Cəlilabadlı fermerlər təsərrüfat ilində çiyələk sahələrini 420 hektara çatdırıblar. Hər il orta hesabla bu sahələrdən 25-30 ton çiyələk meyvəsi toplanır.Toplanan məhsullar əsasən ölkədaxili bazarlarda satışa çxarılır.
© ARB
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
11 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 38 d. əvvəl
- 42 d. əvvəl
- 44 d. əvvəl
- 46 d. əvvəl
- 50 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)








.jpg)








