“Ağ Şəhər”ə axın başlayıb - "Şirkətlər tələbatı qarşılaya bilmir"
Ağ Şəhər Layihəsindən son dövrlər ev alanların sürətlə artdığı bildirilir.
Daşınmaz əmlak bazarı üzrə agent Samir Nəzərov bildirib ki, yanvar ayında Ağ Şəhər Laiyhəsindən ev almaq istəyənlər kəskin artıb: "Məsələn, dekabr ayında Layihə üzrə şirkətlərin təklifləri üzrə 10 mənzil satmışdısa, yanvar ayı bitməmiş 20 mənzil sata bilib.
Satılan mənzillərin böyük hissəsi 2 və 3 otaqlı evlərdir. S.Nəzərov bildirib ki, 1 otaqlı mənzillərə böyük tələbat olsa da, şirkətlər bu tələbatı qarşılaya bilmir. Belə ki, layihədə hazırda 2 yaşayış binası üzrə 1 otaqlı mənzillər var, bu da tələbatı ödəmir: “Bir otaqlı ev almaq istəyənlər mənzil tapa bilmir”.
S.Nəzərov çox otaqlı mənzillərə də tələbatın yüksək olduğunu deyib: “Varlı şəxslər Ağ Şəhər Layihəsindən 6-7 otaqlı ev almaq üçün müraciət edirlər. Amma təəssüf ki, layihədə belə mənzillər nəzərdə tutulmayıb”.
S.Nəzərov hesab edir ki, “Ağ Şəhər”dəki mənzillərə tələbatın artması Layihə üzrə infrastrukturun yenidən qurulması, ərazinin geniş və binaların kiçik mərtəbəli olmasıdır: “Daha çox 5-7 mərtəbəli binalardan mənzil alınır. 20 mərtəbəli binalar üzrə isə demək olar ki, müraciət edən yoxdur”.
Qiymətlərə gəlincə, rieltor bildirib ki, hazırda Layihədə iştirak edən tikinti şirkətləri, mənzillərin ölçüsü, yerləşmə yeri və digər amillərdən aslı olaraq evlərin kv.m üzrə qiyməti 1300-2800 manat təşkil edir.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
© Fins
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























