Azərbaycan şirkəti BP üçün növbəti layihəyə başlayır
Global Energy Solutions (Glensol) şirkəti Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda elektrik avadanlıqları və nəzarət-ölçü cihazlarına xidmətin göstərilməsi üzrə BP Azərbaycan şirkəti üçün növbəti layihəyə başlayır.
Glensol tərəfindən göstərilən xidmətlər Səngəçal terminalını, Bakı-Tbilisi-Ceyhan and Bakı-Supsa neft ixrac kəmərlərini, eləcə də BP şirkətinin dənizdə yerləşən 7 platformasını əhatə edəcək.
Layihə elektrik avadanlıqlarının və nəzarət-ölçü cihazlarının fasiləsiz istimar müddətinin maksimum səviyyəyə çatdırılması və fəaliyyət dövrünün optimallaşdırılması üçün müxtəlif işlərin icrasını, texniki xidmətin göstərilməsini, quraşdırma, istismara vermə, modifikasiya, inspeksiya işlərini nəzərə tutur. Layihə 3 il müddətində, əlavə 2 il uzadılma imkanı nəzərdə tutulmaqla, həyata keçiriləcək.
“Son iki il ərzində BP şirkəti üçün ikinci iri layihəni əldə etməklə Glensol regionda öz sahəsində ən yaxşı yerli şirkətlər sırasında olduğunu təsdiq etmişdir” – deyə Glensol şirkətinin Baş Direktoru Tamerlan Əliyev qeyd edib.
“Hazırda biz həmçinin xarici bazarlarda işgüzar fəaliyyətimiz üzərində çalışırıq, xüsusilə Qazaxstanda başladığımız fəaliyyət yerli iş təcrübəmizi xarici bazarda nümayiş etdirmək imkanı verəcək. Biz, ölkəmizi beynəlxalq səviyyədə təmsil edərək, beynəlxalq səviyyəli xidmətlərin göstərilməsində ön sıralarda olmağımızla fəxr edirik” – deyərək Tamerlan Əliyev öz fikrini tamamlayıb.
2012-ci ildə Nobel Oil Services şirkətinin törəməsi kimi yaradılan Glensol neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşır. Glensol avadanlıqların bütövlüyünün idarə edilməsi, istismar etibarlılığının təmin edilməsi, turbinlərə, klapanlara, nasoslara texniki qulluq və təmir xidmətlərini göstərir. SOCAR, BP və digər böyük şirkətlər onun müştəriləri sırasındadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
15 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)


