Dekabrda Azərbaycana 2-3 ayın avtomobili idxal olunub
2017-ci ildə Azərbaycana 13 098 ədəd nəqliyyat vasitəsi gətirilib.
"Marja" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2016-cı illə müqayisədə 2,3 dəfə çoxdur.
2016-cı ildə Azərbaycana 5 746 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.
Minik avtomobillərinin idxalı isə 2016-cı ildəki 4 991 ədəddən 2017-ci ildə 11 610 ədədə qalxıb.
Qeyd edək ki, 2017-ci ilin 11 ayında Azərbaycana 9 828 ədəd avtomobil idxal olunmuşdu. Dekabrda avtomobil idxalı 3270 ədəd təşkil edib. İlin əvvəlində aylıq idxal 1000 ədədə çatmasa da, son aylar avtomobil idxalı 1000-1700 ədəd civarında olurdu. Dekabrda idxalın kəskin artması 2018-ci ilin yanvar ayından avtomobillərə daha yüksək gömrük rüsumlarının tətbiq ediləcəyinin elan edilməsilə bağlıdır.
Nəqliyyat vasitələri və onların hissələrinin idxalının dəyəri 2016-cı ildəki 813,9 milyon dollardan 2017-də 1 milyard 78 milyon dollara qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
56 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
1 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























