Azərbaycanlılar daha çox bu ölkədə istirahət edib - SAY VƏ ARTIM AÇIQLANDI
Ötən il Azərbaycan Gürcüstana səfər etmiş əcnəbi ziyarətçilərin sayı baxımından 2-ci yeri tutub.
Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze 2017-ci ilin turizm yekunlarına həsr olunmuş brifinqdə deyib ki, ötən il Gürcüstana Azərbaycandan səfər edənlərin sayı 1 694 998 nəfər olub. Bu da 2016-cı illə müqayisədə 11,2% çoxdur.
Ötən il qonşu ölkəyə ümumilikdə 7 554 936 əcnəbi səfər edib ki, bu da ötən ilin eyni göstəricisindən 18,8% çoxdur. Onlardan 3 478 932 nəfəri Gürcüstanda 24 saat və ya daha çox vaxt ərzində olub.
Azərbaycanla yanaşı, Gürcüstana ən çox səfər etmiş əcnəbilər arasında Ermənistan (1 718 016), Rusiya (1 392 610) və Türkiyə (1 246 745) vətəndaşları da yer alıb.
Gürcüstanın 2017-ci ilin 3 rübündə xarici turizmdən əldə etdiyi gəlir 2,2 mlrd. dollar təşkil edib ki, bu da 2016-cı ilin eyni göstəricisi ilə müqayisədə 29% çoxdur. Ötən ildə əldə olunmuş ümumi gəlirin bu il 2,7 mlrd. dollara çatacağı proqnoz olunur.
© APA
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 16 saat əvvəl
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















