Ölkədə qeyri-sabit hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA
Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib ki, hazırda ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti yanvarın 3-ü gündüz saatlarınadək davam edəcək: "Əvvəlcədən xəbər verildiyi kimi, yanvar ayının 1-i və 2-si ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb. Yağıntı bəzi yerlərdə intensiv xarakterli olub və yağan qar nəticəsində qar ötüyü əmələ gəlib. Belə hava şəraiti bu gün, yəni yanvarın 2-sində də gün ərzində davam edəcək. Lakin dekabrın üçü gündüz saatlarından artıq yağıntının tədricən kəsiləcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Hazırda şimal-qərb küləyi əsir, üçün gündüz saatlarından tədricən mülayimləşəcək və ayın 4-də mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq".
Mütəxəssis qeyd edib ki, yanvar ayının 3-ü gündüzdən başlayaraq ayın 4-ündə də ölkə ərazisində hava şəraitinin nisbətən sabit, gün ərzində isə əsasən sabit keçəcəyi gözlənilir: "Bəzi yerlərdə duman olacaq. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7-9, bölgələrdə isə 6-10, dağlıq ərazilərdə isə 3-6 dərəcə isti təşkil edəcək".
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 20 saat əvvəl
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















