Palata: Azərbaycan bankları investisiya xidməti göstərəcək
Yaxın vaxtda Azərbaycan bankları investisiya xidməti göstərəcək.
Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Bazarlarına İnfrastruktur Nəzarət İdarəsinin rəhbəri Ruslan Babayev “Azərbaycan kapital bazarları: Gələcəyə baxış” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, artıq bununla bağlı müəyyən təkliflər paketi hazırlanıb. "Gələcəkdə bankların investisiya xidməti göstərməsi ilə əlaqədar qanunvericiliyə müəyyən düzəlişlərin edilməsi nəzərdə tutulur. Qanunvericilikdə əsasən bankların investisiya xidməti göstərməsi üçün lisenziyalaşdırma məsələsi, hansı xidmətlərin göstərilməsinə razılıq verilməsi məsələsi öz əksini tapacaq. Çünki dünya təcrübəsində bütün investisiya xidmətlərinin banklar tərəfindən həyata keçirilməsinə icazə verilmir", - deyə o bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı 2018-ci ilin I və II rübündə qərar verilməsi gözlənilir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
2 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
2 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
6 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
7 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb


























