ABŞ-da vergi layihəsi Konqresdən keçib
Amerika vergi sistemində əhəmiyyətli dəyişikliklər nəzərdə tutan qanun layihəsi, ABŞ Nümayəndələr Palatasında keçirilən yekun səsvermədə qəbul edilib. Dünən layihə Senatdan da keçmişdi. Konqresin hər iki palatasından keçən layihə, ABŞ Prezidenti Donald Trumpın imzalamasının ardından qüvvəyə minəcəkdir.
"Marja" xəbər verir ki, ABŞ Nümayəndələr Palatası, ölkənin vergi sistemində son 30 ilin ən böyük dəyişikliklərini ehtiva edən "Vergi Güzəştləri və Məşğulluq" qanununu 201-ə qarşı 224 səslə qəbul edib.
Nümayəndələr, dünən keçirilən səsvermədə qəbul etdikləri vergi layihəsini, Senatın "razılaşma" qaydalarını pozan bir neçə maddə olması səbəbindən ikinci dəfə səsverməyə çıxarmaq məcburiyyətində qalmışdı.
Sözügedən maddələr çıxardıqdan sonra dünən səhərə yaxın ABŞ Senatında keçirilən səsvermədə 48-ə qarşı 51 səslə keçən layihə, ABŞ Prezidenti Donald Trumpın imzası ilə qüvvəyə minəcək.
Demokratların həm Senatda, həm də Nümayəndələr Palatasında keçirilən səsvermələrdə tam qarşı çıxdığı layihənin çətin prosesin ardından qəbul edilməsi, Ağ Ev və Respublikaçılar Partiyanın builki ən mühüm uğuru kimi qiymətləndirilir.
Layihə çərçivəsində qüvvəyə minəcək vergi güzəştləri, Prezident Trumpın ən əhəmiyyətli seçki vədləri arasında yer alırdı.
İqtisadçılar, vergi sistemində aparılacaq dəyişikliklərin gələcək bir neçə ildə iqtisadi inkişafı yüngül qaldıracağını təxmin edir. Bir sıra iqtisadçılar isə, vergi güzəştlərinin ABŞ-da iqtisadi inkişafın daha da sürətlənməsinə, ABŞ şirkətlərinin xaricdəki pullarını geri gətirmələrinə və nəticədə Dolların güclənməsinə səbəb olacağı bildirilir.
VERGİ GÜZƏŞTLƏRİ
Konqresin iki ayrı palatasında Respublikaçılar tərəfindən razılaşdırılmış yeni layihə, ABŞ şirkətlərinə mənfəət vergisinin 2018-ci ildən etibarən 35%-dən 21%-ə endirilməsini nəzərdə tutur.
Layihə, ölkədəki fərdi ödəyicilərə tətbiq olunan vergi dərəcələri baxımından da əhəmiyyətlidir. Beləki, fərdi gəlir vergisi dərəcələri fərqli gəlir qruplarına görə 10, 12, 22, 24, 32, 35 və 37% olmaqla 7 mərhələdə tətbiq ediləcək. Hazırda ABŞ-da mövcud fərdi gəlir vergisi fərqli gəlir qruplarına görə 10, 15, 25, 28, 33, 35 və 39,6% səviyyəsindədir.
Vergi qanunu layihəsini araşdıran Konqres Fiskal Birgə Komissiyasına görə, bu dəyişikliklər qarşıdakı 10 ildə federal hökumət gəlirlərini təxminən 1.5 trilyon dollar azaldacaq. Ancaq bu hesablamaya, vergi güzəştlərinin yaradacağı iqtisadi inkişafın nəticələri daxil edilməyib. Layihənin əvvəlki versiyalarının büdcə kəsirini təxminən 1 trilyon dollar artıracağı təxmin edilirdi.
ABŞ Konqresinin Büdcə Ofisinin (CBO) apardığı təhlillərdə, təklif edilən vergi güzəştlərinin federal hökumətin vergi gəlirlərini gələcək 10 ildə cəmi 1,5 trilyon azalacağını proqnozlaşdırmışdı.
İCBARİ TİBBİ SIĞORTA LƏĞV EDİLƏCƏK
Vergi layihəsində həmçinin, keçmiş Prezident Barak Obama tərəfindən icbari hala gətirilən tibbi sığortanın 2019-cu ildən etibarən yenidən istəyə bağlı olması yer alır.
Sözügedən təklifi dəyərləndirən CBO, icbari tibbi sığortasının ləğvi halında səhiyyə sığortası xərclərinin mövcud sistemə nisbətən 10 faiz artacağı və ölkədə sığortasız adam sayını 2027-ci ilədək 13 milyon artıracağı proqnozunu vermişdi.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 17 d. əvvəl
-
-
1 saat əvvəl
Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır!
- 1 saat əvvəl
-
1 saat əvvəl
İşdən qanunsuz çıxarılmış 53 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
- 3 saat əvvəl
-
3 saat əvvəl
AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
-
4 saat əvvəl
Tramp İranın ali lideri ilə “razılaşma əldə etmək üçün” görüşə biləcəyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Rəsmi məzənnələr açıqlandı
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir






















