Taksi avtomobillərinə 10 il tələbi!
Qarajı olmayan taksi xidməti ləğv edilsin!
Bakının hava limanında yeni taksi xidməti yaradılacaq.
Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli müsahibəsində bildirib ki, Nazirlər Kabineti yanında Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına yol infrastrukturu ilə bağlı təkliflər göndərilib.
V.Kərimli qeyd edib ki, qanunvericilikdə müəyyən boşluqlar, bəzi problemlər bu sahəyə tam nəzarət etməyə imkan vermir:
"Həyata keçirdiyimiz tədbirlər nəticəsində bu gün taksi minik avtomobilləri ilə sərnişindaşımada gediş haqqı çox ucuzlaşıb. Hazırda mərhələli şəkildə tədbirlər görülür. Taksi xidmətləri göstərən bəzi şəxslər var ki, onların nəinki qarajları, heç avtomobilləri də yoxdur. Həmin şəxslər sadəcə avtomobil sahibləri ilə müştəriləri əlaqələndirərək əldə olunan vəsaitdən müəyyən faiz götürürlər. Müvafiq qurumlara qarajı olmayan taksi xidmətlərinin ləğv edilməsi barədə müraciət etmişik".
Onun sözlərinə görə, BNA, həmçinin Bakıda istehsal ili 10 ildən artıq olan avtomobillərin taksi kimi fəaliyyət göstərməməsini təklif edib:
"Lakin hazırda bu məsələyə nəzarət mexanizmi bizim səlahiyyətimizdə deyil. Bununla belə, bu yaxınlarda Heydər Əliyev Beynəlxalq Hava Limanında taksi xidməti təşkil edəcəyik. Bununla bağlı işlər ilin sonuna qədər yekunlaşmalıdır. Artıq gələn ilin əvvəlindən həmin taksi xidməti fəaliyyətə başlayacaq. Bu, çox vacib bir yerdir. Şəhərimizə gələn qonaqlar pərakəndə taksi xidməti ilə qarşılaşmayacaqlar".
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)





.jpg)








