BVF: Azərbaycanda bank sektorundakı zəifliklərin aradan qaldırılması təxirəsalınmaz məsələdir
Azərbaycanın bank sektorunda risklər əsasən neytraldır.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) işçi heyətinin 2017-ci il üzrə IV Maddə Məsləhətləşmələri çərşivəsində Azərbaycana səfərinin yekunlarına dair Fondun yaydığı məlumatda deyilir.
BVF qeyd edir ki, bank sektorunda restukturizasiya tədbirləri tamamlanmasa da, ümumi perspektivlə bağlı risklər əsasən neytraldır.
Neft qiyməti ilə bağlı sarsıntılar gerçəkləşdikdən sonra hökumət makroiqtisadi siyasəti müvafiq qaydada sərtləşdirdi, məzənnə çevikliyi üçün şərait yaratdı və bank sistemindəki zəif bəndlərin aradan qaldrılmasına başladı. İqtisadi tənəzzülün tədricən səngidiyi və neft qiymətlərinin artdığı bir vaxtda qeyri-elastik valyuta məzənnəsinə və qeyri-dayanıqlı səviyyədə yüksək dövlət investisiyalarına qayıdışla əlaqədar təzyiqlər mövcud ola bilər. Buna müqavimət göstərmək lazımdır. Neft qiymətlərinin 2016-cı ilin əvvəlinə təsadüf edən ən aşağı səviyyədən yüksəlməsinə baxmayaraq, 2011-2014-cü illərdə müşahidə edilmiş olduqca yüksək səviyyəyə yenidən çatması gözlənilmir.
Bildirilir ki, fiskal xərcləmənin, xüsusilə əsaslı kapital xərclərinin 2018-ci ildə nəzərəçarpan dərəcədə artması nəzərdə tutulub. Lakin yüksək neft qiymətləri Azərbaycanın fiskal balansına mənfi təsirin yayılmasının qarşısını alacaq. Bununla belə, dövlət investisiyasının keyfiyyəti, həmçinin iqtisadiyyatın əsaslı kapital xərclərində ciddi artımı “həzmetmə” qabiliyyəti ilə bağlı narahatlıq mövcuddur. Hökumət orta müddət ərzində siyasətin formalaşdırılmasını istiqamətləndirmək naminə 2019-cu ildə fiskal qaydalar toplusunu tətbiq etməklə bu narahatlığı aradan qaldırmağı düşünür. Bu qaydalar irəliyə aparan düzgün addım ola bilər və yaxşı tərtib edildikdə iqtisadi siyasətin gözlənilə bilən qaydada baş tuması və etimadlılığını yaxşılaşdıra bilər.
Fondun məlumatında deyilir ki, Azərbaycanın qarşısında duran birinci dərəcəli təxirəsalınmaz məsələ bank sektorundakı zəifliklərin aradan qaldırılması və kreditlərin verilməsi üzrə vasitəçilik prosesinin yenidən başlanmasıdır. Azərbaycanın maliyyə sistemini yükləyən pis aktivlərlə bağlı müvafiq həllərin çevik həyata keçirilməsi iqtisadi artıma töhfə verəcək. Səlahiyyətli orqanlar maliyyə sabitliyinə rəvac vermək məqsədilə banklara nəzarət və onların sağlamlaşdırılması prosesini gücləndirməyə cəhd göstəriblər. Eyni zamanda, onlar bank sisteminin tənzimlənməsi sahəsindəki durğunluğun qısa müddətdə aradan qaldırılması və bankların maliyyə göstəricilərinin hesabatlarda bildirilməsi prosesinin etibarlılığının gücləndirilməsi ilə razılaşırlar.
Missiya Azərbaycan Mərkəzi Bankı və maliyyə tənzimləyicisi (Maliyyə Bazarlarına Nəzarət Palatası) kimi təsisatların müstəqilliyini qorumağın vacibliyini vurğulayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
4 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım



























