Ayıq sürücüdən şok hərəkət - Açarı götürüb qaçdı...
““Valet Parking” adlı bir şirkət var. Ayıq sürücü xidmətləri göstərir. Dünən bu şirkətin sürücüsü başımıza oyun açıb. Adam maşının açarını da götürüb, itmişdi”.
Bu sözləri tanınmış jurnalist Mahir Məmmədli sosial şəbəkədə yazıb. O bildirib ki, sürücü əvvəlcə nəzərdə tutulmuş məbləğdən yüksək ödəniş istəyib, daha sonra isə maşının açarını götürüb gedib:
“1 saat 40 dəqiqənin tamamında maşında tək mən qalmışdım və Nərimanovdan Yeni Yasamala getməliydim. Sürücüdən ödəyəcəyimiz məbləği soruşduq. Dedi ki, 21 manat. Başa salmağa çalışdıq ki, Nərimanovdan Yeni Yasamala 20-25 dəqiqəlik yoldur və 2 saatlıq xidmət haqqı 14 manat edir. Sürücü razılaşmadı ki, 2 saat 1 dəqiqə də olsa, 3 saatın pulu ödənilməlidir. Dedim ki, mənə qəbz ver, burda 14 manat ödəyək, ayrılaq. Məlum oldu ki, qəbz-filan yoxdur. Şirkətə zəng vurduq, məsələni ayırd edənə qədər baxdıq ki, sürücü yoxdur. Maşının açarını da götürüb və qeyb olub.
Şirkətin vergidən yayınması, qanunsuz ödəniş qəbul etməsi bir yana, sürücünün bu hərəkəti əndazənin aşılması idi. Polisə müraciət edəcəyimizi deyəndən sonra şirkətin meneceri sürücüyə zəng vurdu və o, açarı gətirdi. Yenə dedik ki, qəbz verin, pulunuzu alın və sürücünüz getsin. Qəbz olmadığını təkrarladılar və bildirdik ki, nə vaxt qəbz gətirərsiniz, pulu alarsınız. Beləcə, nə qəbz verildi, nə də ödəniş olundu”.
Məsələylə bağlı “Valet Parking” şirkəti ilə əlaqə saxlanıb. Şirkətdən məsələnin araşdırıldığı və yaxın zamanda açıqlama verəcəkləri bildirilib.
© Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)





