Mənzil alınarkən izolyasiya unudulur - DİQQƏT
Fasadı daş yunla üzlənən binalar – QƏNAƏT, TƏHLÜKƏSİZ VƏ KOMFORT
Azərbaycanda əksər insan mənzil alarkən ilk növbədə qiymətə, daha sonra otaqlarının genişliyinə və mətbəxinə baxır. Bir binada mənzilin kvadrat metrinin qiyməti digər bina ilə müqayisədə aşağıdırsa, çoxları hesab edir ki, həmin mənzil “sərfəlidir”. Qətiyyən! Diqqətli olun!
Araşdırmalar göstərir ki, əksər halda qiymətin aşağı olması binada çatışmazlıqların olduğuna işarədir. Həmin çatışmazlıqlardan biri binada izolyasiyanın olmamasıdır.
Rahatlıq və sağlamlıq üçün ən mühüm amillərdən biri də izolyasiyadır. İzolyasiya, evin temperaturunu qoruyub saxlayaraq enerji qənaəti təmin edir, yanğın təhlükəsizliyi yaradır və həm bayırdan, həm də qonşu mənzillərdən gələn səs-küyü azaldır. Bu səbəbdən mənzil alarkən binanın xarici üzündə izolyasiyanın olub-olmadığını soruşmaq lazımdır.
Binanın izolyasiya edilməsi böyük vəsait tələb edir. Bir sıra tikinti şirkəti “ucuz olsun” deyərək binaları adi suvaqla və ya müxtəlif materiallarla üzləyərək insanlara sırayır. Mənzil sahibləri də “ucuz” aldıqlarını düşünərkən, əslində bahalı və komfortsuz bir evə sahib olurlar. İllər ərzində yüksək kommunal xərclər ödəyib, komfortsuz mənzillərdə yaşayırlar.
Avropa və Amerika təcrübəsi göstərir ki, binada ən yaxşı izolyasiya təmin edən material daş yundur. Keyfiyyətə üstünlük verən və adını qoruyan tikinti şirkətləri bu materialdan istifadə edirlər.
DAŞ YUN NƏDİR?
Daş yunu istehsalına ötən əsrin əvvəlində ABŞ-ın Havay ştatında başlanmışdır.
Daş yun, təbii bir məhsuldur, vulkanik bazalt daşının 1350°C-1400°C temperaturda əridilərək lif halına gətirilməsi nəticəsində əldə edilir. Bazalt qara rəngli və çox sərt süxurdur. Lif halına gətirilən bazalt müxtəlif ölçülərdə preslənərək lövhə, boru şəklində istehsal oluna bilinir.
Daş yun isti-soyuq, səs və yanğın izolyasiyası məqsədilə istifadə edilən izolyasiya materialıdır. Dünyada daş yundan geniş istifadə olunur. Məsələn, Almaniyada binaların 90%-i daş yunla izloyasiya edilib.
İSTİLİK İZOLYASİYASI
Çöl və içəri arasında temperatur fərqi artdıqca mənzildə molekulların hərəkəti sürətlənir və evdə hava axını yaranır. Məsələn, çöl divarı beton olan mənzillərdə “skvaznyak” (hava cərəyanı) daha çox hiss olunur. Mənzildəki hava axınının azalması üçün binanın çöl divarı az soyumalıdır. Bunu da ancaq izolyasiya ilə təmin etmək olar.
Daş yun həm soyuq, həm də istidən qoruyan mükəmməl bir istilik izolyasiyası materialıdır. Fasadı daş yunla üzlənmiş binadakı mənzillərdə qış aylarında istilik, yay aylarında isə sərinlik itmir. Qış aylarında kombi üçün təbii qaz, yay aylarında isə kondisioner istifadəsil ilə bağlı elektrik enerjisi sərfiyyatı haradasa yarı-yarıya azalır. Beləliklə, enerji xərclərinə qənaət təmin olunur, mənzil daxilində iqlim komfortu yaranır.
YANĞINA QARŞI MÜQAVİMƏTLİDİR
Daş yun demək olar ki, yanmaz materialdır. Bu materialın ən mühüm xüsusiyyətlərindən biri 1000 C° temperaturadək dözümlülü olmasıdır. Daş yun, yanğın zamanı insana həyatını xilas etmək üçün lazım ola biləcək qiymətli dəqiqələri verəcək yanğın təhlükəsizliyi vəzifəsini yerinə yetirir.
SƏS KEÇİRMİR
Arzuolunmaz səslər stressə, yuxunun pozulmasına təzyiqə və digər narahatlıqlara səbəb ola bilir. Daş yunun digər mühüm xüsusiyyəti səs keçirməməsidir. Materialın saysız-hesabsız lifdən ibarət olan quruluşu səsi "sorur". Nəticədə şəhərin gurultsunu, avtomobil siqnallarını və s. eşitmirsiniz
HANSI TİKİNTİ ŞİRKƏTLƏRİ DAŞ YUNDAN İSTİFADƏ EDİR?
Qışda isti, yayda sərin mənzillərdə yaşamaq və ömür boyu pulunuza qənaət etmək istəyirsinizsə daş yun ilə izolyasiyası olan binalardan mənzil alın.
Apardığımız araşdırma nəticəsində məlum oldu ki, “Kristal Abşeron”, “Xəzər İnşaat XXI Əsr”, kimi böyük tikinti şirkətləri tikdiyi binaları daş yunla üzləyir. Bu şirkətlərin istifadə etdiyi daş yun materialı Rusiya Federasiyasının Ryazan şəhərində “TexnoNİKOL” şirkəti tərəfindən istehsal edilir.
“Kristal Abşeron” şirkətindən bildirildi ki, 5 sm daş yun materialı fasadda 80 sm içi boşluqlu kərpici əvəz edir. Bu daşla üzlənmiş fasad uzun illər qulluq tələb etmir.
Qısası, tövsiyə edirik ki, ucuza qaçmayın! Elektrik enerjisi və təbii qazın ildən-ilə bahalaşdığı bir dövrdə qənaət etmək məcburiyyətindəyik. Mənzil alan zaman, binanın fasadının izolyasiyası ilə mütləq maraqlanın.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 59 d. əvvəl
-
-
1 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kapitaldan istifadə vəziyyəti 22 bankdan 9-da yaxşılaşıb, 13-də isə pisləşib
-
2 saat əvvəl
Azərbaycan bankları faiz xərclərini faiz gəlirləri ilə ödəyə bilirmi? - ARAŞDIRMA
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
“AFB Bank”da iclas keçiriləcək
Ən çox oxunanlar
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub
OpenAI-nin yeni maliyyələşdirmə turu 100 milyard dolları aşa bilər
Naxçıvanda 1- 9 nömrəli şəhərdaxili və Bakının 142 nömrəli şəhərətrafı avtobus marşrutu bu şəxslərə verildi
Azərbaycan neftinin son qiyməti - 2 dollardan çox bahalaşıb
bp şirkəti Azərbaycanda iri müqavilə bağladı - ÜMUMİ DƏYƏRİ 1 MİLYARD DOLLARDAN ÇOX OLA BİLƏR




















