Ən çox kapitalı olan 10 qeyri-bank təşkilatı - "PARA" birincidir
Azərbaycanda 10 BOKT-un nizamnamə kapitalı 1 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 46 bank olmayan kredit təşkilatının (BOKT) nizamnamə fonduna ümumilikdə 105 581 807,57 manat pul qoyulub.
Bu, aparılmış araşdırma nəticəsində məlum olub.
BOKT-lardan 10-nun nizamnamə kapitalı 1 milyon manatdan çoxdur. Bunlar "Para", "Aqrarkredit", "Molbulak", "Embafinans", "TBC Kredit", "Finka Azərbaycan", "Azərbaycan Mikro-Kredit", "PSG Finans", "Kredit Servis", "Effektivnest" BOKT-lardır.
№ | BOKT-un adı | Nizamnamə kapitalı (manatla) |
1 | Para | 38 887 000,00 |
2 | Aqrarkredit | 22 669 490,87 |
3 | Molbulak | 10 407 935, 27 |
4 | Embafinans | 10 000 000,00 |
5 | TBC Kredit | 8 453 000,00 |
6 | Finca Azerbaijan | 2 906 572,00 |
7 | Azərbaycan Mikro-Kredit | 2 237 000,00 |
8 | PSG Finans | 1 700 000,00 |
9 | Kredit Servis | 1 511 734,00 |
10 | Effektinvest | 1 130 000,00 |
Qalan 36 BOKT-dan 3-nün nizamnamə kapitalı 1 milyon manat, 9-nun nizamnamə kapitalı 500-900 min manat arasında, 8-nin nizamnamə kapitalı 300-500 min manat arasında, 12-nin nizamnamə kapitalı isə bu fəaliyyət növü üçün müəyyən edilmiş kapital tələbinə tam uyğun, yəni 300 min manatdır.
Bununla belə, sözügedən tələbin tətbiqindən əvvəl yaradılmış BOKT-lar da var ki, onların da nizamnamə kapitalı 300 min manatdan azdır. Bunlar "İcraçı Kredit Agentliyi" (223 449,84 manat), "İnkişaf üçün maliyyə" (6 847,4 manat), "Mədəd Kredit" (4 072,32 manat) və "Avrasiya Kredit" (1 000,00 manat) BOKT-lardır.
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 23 d. əvvəl
-
-
39 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Ən çox oxunanlar
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti

























