“Bank Respublika” yeni filiallarını açacaq
“Bank Respublika” ASC yeni filiallarını açmağa hazırlaşır.
“Marja” xəbər verir ki, Bank Goranboy, Astara və İmişlidə filialını açacaqdır.
Hazırda "Bank Respublika"nın Bakıda Baş ofisindən başqa 10, regionlarda isə 16 filialı fəaliyyət göstərir.
Yeni açılacaq filiallara işçilər yığılır. Banka istehlak kreditləri üzrə, hesab üzrə mütəxəssislər və kassirlər tələb olunur.
1. İstehlak kreditləri üzrə Mütəxəssis
Vakansiya üzrə minimal tələblər:
- Ali təhsil;
- Azərbaycan dili - sərbəst, rus dili - arzuolunandır;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Komandada işləmə bacarığı;
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
- Ünsiyyətcil, təşəbbbüskar;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiyası olmalı;
- Regionun ümumi ərazisini tanıması;
- Regionda stabil iş yerləri barəsində məlumatlı olması;
- Regionda geniş auditoriya bazasının, əlaqələrin olması;
- *Bank və bank olmayan kredit təşkilatlarında (kredit mütəxəssisi vəzifəsində) çalışan namizədlərə üstülnlük veriləcək.
2. Hesab üzrə Mütəxəssis
Vakansiya üzrə minimal tələblər:
- Ali iqtisadi təhsil;
- Azərbaycan dili - sərbəst, rus dili - arzuolunandır;
- Kompüter bilikləri: Microsoft Office Programs (Word, Excel), Outlook Express proqramlarını;
- Ünsiyyət qurma qabiliyyəti;
- Təhliletmə qabiliyyəti;
- Operativ və çevik işləmə qabiliyyəti;
- Stressə davamiyyət.
3. Kassir
Vakansiya üzrə minimal tələblər:
- Ali iqtisadi təhsil;
- Azərbaycan dili - sərbəst, rus dili - arzuolunandır;
- Ünsiyyət qurma qabiliyyəti;
- Komandada işləmə qabiliyyəti;
- Stressə davamiyyət.
Müraciət etmək istəyən namizədlər öz CV-lərini Filial/Region və vakansiya adını qeyd etməklə müvafiq başlıq (mövzu) ilə [email protected] elektron ünvanına göndərə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 21 d. əvvəl
-
-
37 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Ən çox oxunanlar
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti

























