"Artıq bank sahibkarlarla işləməkdə maraqlı olacaq”
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. O cümlədən dövlət başçısı fondun nizamnaməsini təsdiqləyib. "Kredit Zəmanət Fondu"nun fəaliyyət istiqaməti nədən ibarət olacaq, qurumun yaradılma məqsədi nədir?
İqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, Azərbaycanda kiçik və orta sahibkarların kreditlərə əlçatanlıq səviyyəsi yüksək deyil: “Bu kreditlərə zəmanət verilmədiyindən kommersiya bankları kiçik və orta sahibkarlarla işləməkdə maraqlı deyillər. Kiçik və orta sahibkarlıqda risk nisbətən yüksəkdir. O baxımdan zəmanət fondunun yaradılmasına ehtiyac var”.
Ekspertin sözlərinə görə, fondun yaradılmasından sonra kiçik və orta sahibkarlar kredit alan zaman Fondun zəmanətindən istifadə etmək imkanına malik olacaqlar: “Fondun həmin kreditlərə zəmanət vermək səlahiyyəti olacaq. Müraciətlər Fondun əsasnaməsinə uyğun olaraq konkret meyarlar əsasında seçiləcək və qiymətləndiriləcək. Zəmanətin verilməsi kiçik və orta sahibkarların kredit alma imkanlarını xeyli asanlaşdıracaq. Artıq bank kiçik və orta sahibkarlarla işləməkdə maraqlı olacaq”.
Qeyd edək ki, prezidentin fərmanına əsasən "Kredit Zəmanət Fondu" ASC sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və Azərbaycan prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən hüquqi şəxsdir.
© Oxu.Az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
23 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir



























