Bağlanmış banklarda Kreditorlar Komitəsi yaradılır
Azərbaycanın ləğvetmə prosesində olan banklarında Kreditorlar komitələrinin yaradılmasına başlanılıb. Bu barədə açıqlamasında bankların ləğvedicisi olan – Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov məlumat verib.
Onun sözlərinə görə, məqsəd kreditorları rəhbərlik etdiyi qurumun şəffaf fəaliyyət göstərdiyinə əmin etməkdir: “Bankların kreditorları olan dövlət qurumları, hüquqi və fiziki şəxslər bu komitələrdə birbaşa və yaxud nümayəndələri ilə təmsil olunacaqlar. Vaxtaşırı onlara görülən işlər barədə məlumat veriləcək”.
A. Cavadov qeyd edib ki, bu proses rəhbərlik etdiyi qurumun nəzarəti altında ləğv olunan 11 bankdan 8-ni əhatə edəcək: “Kreditorlar Komitəsi 3 bankda olmayacaq. Bunlardan biri “Royalbank”dır. Bu bank xeyli müddətdir ki, ləğv olunub və kreditorlarla bağlı elə də çox iş qalmayıb. "Parabank” bank olmayan kredit təşkilatına (BOKT) çevriləcək və həmin bankın kreditorlarının bir qisminin pulunun ödənilməsini yekunlaşdırmaq üzrəyik. Bir qism kreditor isə pulunu geri almaq istəmir, çünki yaradılacaq BOKT-dan pay almaq niyyətindədir. Həmçinin, “Dekabank”ın kreditorlarına ödənişlər başa çatmaq üzrədir. Qalan 8 bankda - "Bank of Azerbaijan", “Gəncəbank”, "Atrabank", "Qafqaz İnkişaf Bankı", "Texnikabank", "Kredobank", "Zaminbank" və “Bank Standard”da isə Kreditorlar Kkomitəsi olacaq”.
Onun sözlərinə görə, ADİF 8 bankın kreditorlarına ləğvetmə planları təqdim edəcək. Bu planlarda bağlanmış bankın aktivləri və öhdəlikləri barədə məlumatlar öz əksini tapacaq: “İki bank – “Bank Standard” və “Gəncəbank” istisna olmaqla, digər 6 bankın ləğvetmə planı ötən ay 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim olunub və təsdiqlənməsini gözləyirik. Qalan iki bankın ləğvetmə planlarını isə bu ayın sonuna qədər məhkəməyə təqdim etməyi planlaşdırırıq”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
11 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
14 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
14 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 14 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti






















