"Günay Sığorta"ya yeni sədr təyin edildi
“Günay Sığorta” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
"Marja"nın məlumatına görə, bu vəzifəyə şirkətin Direktorlar Şurasının sədr müavini vəzifəsində çalışmış Həsən Bədəlov təyin edilib.
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edildikdən sonra isə rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, Həsən Bədəlov 2002-2008-ci illərdə “Azər-Türk Bank” ASC-də, 2008-2013-cü illərdə “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin sədr müavini, 2013-2014-cü illərdə İntersun şirkətində bank, sığorta və pərakəndə sahələri üzrə maliyyə müşaviri, 2014-2015-ci illərdə bir sıra maliyyə qurumlarında müşavir kimi çalışmışdır. 2016-cı ildən etibarən isə “Günay Sığorta” ASC-də Direktorlar Şurasının sədr müavini kimi çalışmışdır.
İdarə Heyətinin sədri Vüqar Babakişiyev Direktorlar Şurasının üzvü kimi şirkətdə fəaliyyətini davam etdirəcək.
Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 25 ili əhatə edir. "Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. Hal-hazırda “Günay Sığorta” ASC Bakı ofislərindən əlavə olaraq 12 nümayəndəlik şəbəkəsi ilə təmsil olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 15 d. əvvəl
-
- 25 d. əvvəl
- 45 d. əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
1-ci rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
-
14 saat əvvəl
Expressbank-ın xalis mənfəəti 2026-cı ilin ilk rübündə 35%-dən çox artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
Ən çox oxunanlar
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU






.jpg)





.jpg)






