8 Məhsuldarlıq arxetipi: İş stilinizi seçin və daha çox uğur qazanın
Bir çox kitablar, məqalələr və peşəkarlar sizə məhsuldar fəaliyyətlə bağlı çox sayılı məsləhətlər verə bilər. Bunlar işlərinizi özünüzün yerinə yetirməyiniz, şablonlardan istifadə etmək kimi məsləhətlər ola bilər. Ancaq ən yaxşı üsul sizin xüsusiyyətlərinizə uyğun fəaliyyət növünü seçməkdir. Bu həmçinin, gördüyünüz işin məzmunundan da asılıdır. Çünki bəzi işlər təcili reaksiyalar, bəziləri isə yaradıcılıq tələb edir.
Məhsuldarlıq modelinizi müəyyənləşdirməklə məhsuldar olmaq üçün ilk addımı atmış olursunuz.
Bu məqalədə 8 müxtəlif məhsuldarlıq modelindən bəhs edəcəyik. Bu modellərdən işinizi müxtəlif formalarda yerinə yetirməyin yollarını göstərəcək, üstəlik bu fəaliyyət sadəcə bir arxetiplə məhdudlaşmayacaq. Fəaliyyətinizdən asılı olaraq müxtəlif arxetiplərə uyğun olaraq davrana bilərsiniz. Həmin arxetiplər bunlardır:
1. Sxemçi (The Schemer)
Bu modelə uyğun olan rəhbər hər hansı lahiyə idarə vasitəsindən və yaxud təqdvimdən istifadə edərək vaxtının planlaşdırır. Bu sayədə hansı vəzifə üçün nə qədər vaxt sərf edəcəklərini müəyyənləşdirirlər. Sxemçi, adətən, 2 gün, 2 həftə, yaxud 2 ay sonra nə edəcəyini əvvəlcədən bilir. Bu arxetip sərbəst işləyənlər, yaradıcı şəxslər və müəssisə sahibləri üçün faydalıdır.
2. Tənha Canavar (The Lone Wolf)
“Tənha Canavar” diqqətin dağılması və fokuslanma kimi problemlərin qarşısını almaq üçün təkbaşına işləməyi xoşlayır. Bu arxetipə xas olan insanlar kimdənsə asılı olmağı xoşlamırlar və istənilən layihəni tək başına tamamlaya bilərlər. Onlar səhər tezdən qalxmağı və kimsənin olmadığı yerlərdə işləməyi xoşlayırlar. Bu arxetip dizaynerlər və proqramçılar üçün faydalıdır.
3. Sprinter (The Sprinter)
Bu arxetipə xas olan insanlar qısa müddət intervalında (məsələn, 2 həftə) müəyyən layihə üzərində işləməyi xoşlayır. Onlar həmin vaxt intervalında müəyyən bir vəzifəni yerinə yetirməyi qarşısına məqsəd qoyur. Həmçinin onlar vəzifələrini yerinə yetirdikdən sonra, növbəti sprintə qədər dincəlmək imkanına da malikdir. Ancaq Sprint dövründə bir hədəf var. Bu arxetip proqramçılar və agentliklər tərəfindən istifadə edilə bilər.
4. Yaradıcı (The Maker)
Yaradıcı yarım və bütöv gün ərzində müəyyən hissələrlə işləməyi xoşlayır. İşləri haqqında düşünmək, onları planlaşdırmaq və həyata keçirmək üçün həmin hissələrə ehtiyacı var. Bu arxetip yazıçılar, dizaynerlər, proqramçılar və diqqətin cəmlənməsini tələb edən istənilən fəaliyyət növü üçün keçərlidir.
5. Menecer (The Manager)
Menecer günü müxtəlif qısa vaxt dilimlərinə bölür: 60, 30 və ya 15. Bu vaxt, adətən, menecerlərin şirkətdə cari vəziyyət barədə məlumatları yeni saxlamaq üçün keçirdikləri iclaslar və telefon danışıqlarına həsr olunur. Bu arxetip rəhbərlər, komanda liderləri və digər başçılar üçün keçərlidir.
6. Gündəlik Mövzular (The Daily Themer)
Gündəlik mövzular gündəlik fəaliyyətləri idarə etmək üçün istifadə olunur. Məsələn, Bazar ertəsi idarəetmə üçündür, Çərşənbə axşamı dərin iş və fəaliyyət, Çərşənbə isə satışlar üçündür. Ancaq bu həmin günlərdə bunlarla bağlı işləmək demək deyil. Bunlar sadəcə işinizi mənalandırmağa kömək edir.
7. Reaktor (The Reacter)
Bu arxetipə xas olan insanlar vaxtlarını işə reaksiya verməyə xərcləyirlər. Onlar fəaliyyətini əvvəlcə müəyyənləşdirən menecerlərdən fərqlənirlər. Reaktorlar maillərə və zənglərə onlar daxil olan kimi cavab verirlər. Reaktorların ən böyük səhvlərindən biri odur ki, onlar iş üçün vaxt xərcləmək əvəzinə, vaxtlarını işə xərcləyirlər. Vaxtı idarə etməyi öyrənmək reaktorların yaradıcılara çevrilməsinə kömək edə bilər. Bu arxetip satıcılar, hüquqşünaslar və maklerlər üçün keçərlidir.
8. Bloker (The Blocker)
Bloker Pomodoro metodundan istifadə edərək 25 dəqiqəlik bloklarla işləyir (25 dəqiqəlik iş, 5 dəqiqə fasilə və 4 dəfə bunu təkrarladıqdan sonra isə 30 dəqiqəlik fasilə. Sonra isə yenidən). Blokerin məqsədi Pomodoro dövründə bir vəzifəyə fokuslanmaqdır. Bu arxetip Sxemçi ilə parallel olaraq işləyir. Həmçinin, menecer də telefon zənglərinin və iclasların çox vaxt almaması üçün bu arxetipdən istifadə edə bilər. Bu arxetip sərbəst işləyənlər, yaradıcı şəxslər və müəssisə sahibləri üçün keçərlidir.
Hər hansı bir arxetipə aid olmağınızdan asılı olmayaraq hər bir işi layihə kimi dəyərləndirsəniz və vaxtın idarə olunması prinsipi ilə hərəkət etsəniz daha çox uğur qazana bilərsiniz. www.readit.az saytı bu sahədə formalaşmanızda yardımçı ola bilər. Belə ki, saytımızda vaxtın idarə olunması və effektivliyinizi 10 qat artıracaq kitabların qısa məzmunları var. Məsələn, "Skrum – İki dəfə daha çox işi iki dəfə az vaxta görmək sənəti" kitabının qısa məzmunundan başlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
2 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
2 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
2 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
























