“Dostlar Klubu”na qoşulun, güzəştlərdən faydalanın!
İllərdir “Sizə Yaxın Bankçılıq” şüarı ilə müştərilərinə xidmət göstərən və onların sevgisini qazanan Bank of Baku, #DostDosta deyərək yeni müştərilərini də böyük Bank of Baku ailəsinin dəyərli dostlarının bir yerdə toplandığı “Dostlar klubu”na qoşulmağa çağırır.
İndi, Bank of Baku ilə uzun illər əməkdaşlıq edən köhnə müştəriləri ilə yanaşı, Bankın yeni müştəriləri də bu virtual klubun üvzü olaraq, Dostlar Klubunun bütün imtiyazlarından faydalanmaq hüququ əldə edəcəklər.
#DostDosta hər zaman dəstək olmalıdır – fikrini əsas götürən və fəaliyyətini bu istiqamətdə quran Bank, “Dostlar klubu” üzvlərinə maddi ehtiyaclarını təcili qarşılaya bilmələri üçün ekspress kredit xətti təqdim edir.
Müştərilər, Bankla əməkdaşlıq dövrlərindən asılı olaraq “Dostlar Klubu”na qoşulmaqla aşağıdakı kartlardan birini əldə edə bilərlər:
Kartın növü | Kimə verilir? | Kredit məbləği |
Gümüş Standart | Bankla əməkdaşlıq müddəti 12 aya qədər olan və Bankın yeni müştəriləri | 100 AZN-dək |
Gümüş | Bankla əməkdaşlıq müddəti 12 aydan 35 ayadək olan müştərilər | 200 AZN-dək |
Qızıl | Bankla əməkdaşlıq müddəti 36 aydan 59 ayadək olan müştərilər | 300 AZN-dək |
Brilliant | Bankla əməkdaşlıq müddəti 60 ay və daha artıq olan müştərilər | 400 AZN-dək |
“Dostlar Klubu”nun üzvləri ekspress kredit xəttindən faydalanmaqla yanaşı, həmçinin Bankın xidmət və məhsullarından istifadədə xüsusi güzəştlər və imtiyazlar qazanacaqlar. Belə ki, digər kredit növləri üzrə edilən hər bir ödəniş, kart sahibinə əlavə BONUS qazandırmaqla, yeni kredit müraciətlərinin güzəştli şərtlərlə həyata keçirilməsinə imkan yaradacaq.
Yəni, toplanan BONUS məbləğindən istifadə etməklə müştərilər növbəti krediti komissiyasız, üstəlik daha endirimli faizlərlə əldə edə biləcəklər.
Qeyd edək ki, köhnə “Dostlar Klubu” üzvlərinin kartlarında topladıqları BONUS-lar yenidən aktiv olunmaqla onların tam istifadəsinə verilir.
“Dostlar klubu” haqqında ətraflı məlumatı Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq öyrənmək olar.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 9 d. əvvəl
- 12 d. əvvəl
-
13 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
S&P 500 rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib






















