Devalvasiya şokundan sonra bank sektorundakı pozitiv trendlər açıqlandı– “3%-dən aşağıdır”
“2016-2017-ci illər ərzində bankların verdiyi kreditlərdə ödəmə vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 3%-dən aşağıdır. Bu, pozitiv siqnaldır”.
“Marja”nın məlumatına görə, bunu 2-ci Bankçılıq Forumunda Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov bildirib.
“Deməli banklarımız kredit siyasətlərinə yenidən baxırlar və sevindirici haldır ki, banklar öz risklərini idarə etməyi özlərinə təşviq edirlər”,- o deyib.
“ƏMANƏTLƏRİN SEKTORDAN QAÇIŞI SƏNGİYİB”
İbrahim Alışov bildirib ki, bank sektorunda görülmüş sərt tədbirlər nəticəsində sektorda qeyri-işlək aktivlərin artım dinamikası və əmanətlərin geri götürülməsi prosesi səngiyib:
"Əmanətlərin sektordan qaçışı 2016-cı ilin 10 ayında 22% olduğu halda, 2017-ci ilin müvafiq dövründə 2,4% olmuşdur. Bu da, əsasən 2017-ci ilin birinci rübünə təsadüf etmişdir. Son 7 ayda əmanətlərin həcmində 5,2% və ya 362 milyon manat artım müşahidə edilib. Oktyabr ayının sonuna olan məlumata görə, banklarda əhalinin əmanətləri 7,3 milyard manata çatmışdır.
Digər pozitiv trendlərdən biri, banklar xərclərin optimallaşdırılmasını özlərinə prioritet elan etmələrinə baxmayaraq 3-cü rübdə bank əməkdaşlarının sayının 245 nəfər artmasıdır. Bu, iki devalvasiya şokundan sonra sektorda ilk pozitiv trenddir.
Pozitiv trendlərdən biri budur ki, artıq biz kreditləşmədə müsbət inkişafa nail olmuşuq. Düzdür bu, təxminən informasiya və rabitə sahəsinə verilən kreditlərin 27% və kənd təsərrüfatı sahəsinə verilən kreditlərin 12% artması ilə özünü göstərib. Mütləq ifadədə kreditləşmədə artım Sentyabr ayında 62 milyon manat olmuşdur”.
“BEYNƏLXALQ BANKIN DOMİNAT PAYI AŞAĞI SALINIB”
İcraçı direktor bildirib ki, bu ilin 9 ayında Beynəlxalq Bankın sağlamlaşdırılması yekun fazasına keçmişdir: “Bu il ərzində təxminən 4,3 milyard manat həcmində toksit aktivlər Beynəlxalq Bankın balansından “Aqrarkredit”ə ötürülüb. Nəticədə sistem əhmiyyətli bank olan Beynəlxalq Bankın sektorda dominat payı aşağı salınıb. Məlumat üçün bildirim ki, bu proseslərdən sonra Beynəlxalq Bankın sektordakı payı 41%-dən 27%-ə düşmüşdür. Mütləq ifadədə bu, təxminən 13 milyard manatdan 7 milyard manatadək aşağı salınmışdır. Bank nəzərdə tutulduğu kimi 2018-ci ildə özəlləşdirməyə açıq elan ediləcəkdir”.
“BANKLAR ŞOK DÖVÜRDƏN UZAQLAŞIBLAR”
İbrahim Alışov qeyd edib ki, bank sektoru şok dövründən uzaqlaşmışdır:
“Bu gün banklar yüksək likvidlik göstəriciləri ilə özlərini konfort zonada hiss edirlər. Bu gün banklar qarşısında duran əsas məsələ mövcud olan təxminən 6,5 milyard manat likvid vəsaitin real sektora transformasiyasıdır. Eyni zamanda, banklar qarşısındakı əsas məsələlərdən biri qeyri-işlək aktivlərin restrukturizasiya problemlərini aradan qaldırmaqdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
-
1 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 1 saat əvvəl
-
3 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
3 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
3 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
4 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
4 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
-
4 saat əvvəl
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Ən çox oxunanlar
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb
"Ağbənd buraxılış məntəqəsi yaxın vaxtlarda istifadəyə veriləcək"
Dövlət Gömrük Komitəsində nə dəyişir? Şahin Bağırov şəffaflıq tədbirlərini açıqladı
Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib
Gömrük Komitəsinin sədri bu suala konkret cavab verə bilmədi - "İlin sonunda daha dolğun cavab vermək mümkün olacaq"



























