İpoteka 7%-dən də aşağı düşdü - Bir ilk!
Unibank ipoteka faizlərini 6,8%-ə endirdi. Bankın müştərisi 35 min manata qənaət edəcək
Mənzil sahibi olmaq istəyirsinizsə, əsl məqamdır. Unibank ipoteka kreditlərinin faiz dərəcəsini daha da aşağı salıb.İndi banka müraciət edənlər dövlət ipoteka kreditlərini illik cəmi 6,8%-lə əldə edə biləcəklər. Bu barədə Marja-ya Unibank-dan bildirilib.
Bu mövcud bazar şərtlərində bir ilkdir. Faizin aşağı salınması Unibank-dan ipoteka krediti götürənlərin aylıq ödənişlərini daha sərfəli etməklə yanaşı, ümumi kredit məbləğində xeyli vəsaitə qənaət etmələrinə səbəb olacaq. Əksər banklarda adi dövlət ipotekasının 8% olduğunu nəzərə alsaq, Unibank-ın təqdim etdiyi yeni faiz dərəcəsi 25 il müddətində ipoteka mənzil sahibinin 35 000 manata yaxın vəsaitə qənaət etməsinə imkan verəcək. 7%-lik ipoteka kreditləri ilə müqayisədə isə qənaət edilən vəsaitin həcmi 6000 AZN-ə yaxındır.
Elə indi Unibank filiallarına yaxınlaşın və 150.000 AZN-dək ipoteka kreditini illik cəmi 6,8% -lə əldə etmək imkanı qazanın! Kredit müraciətini banka gəlmədən 050 778 8117 whatsapp nömrəsinə “ipoteka” sözünü yazaraq da edə bilərsiniz.
Unibank-ın ipoteka müştəriləri kredit ödənişlərini banka gəlmədən, öz telefonlarında həyata keçirə bilirlər. Bunun üçün öz smartfonlarından Unibank Mobile əlavəsinə daxil olaraq, “hökumət ödənişləri” bölümünü seçmək lazımdır. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
29 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
33 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 46 d. əvvəl
- 49 d. əvvəl
- 51 d. əvvəl
- 52 d. əvvəl
- 55 d. əvvəl
- 56 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib






.jpg)
.jpg)



.jpg)








