Azərbaycan Asiya qitəsinin ən böyük Şərab sərgisində!
Azərbaycan şərabları ilk dəfə olaraq “Made in Azerbaijan” vahid ölkə stendi ilə Çin Xalq Respublikasının Honqkonq Xüsusi İnzibati Ərazisində keçirilən 10-cu Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində nümayiş olunur.
Asiya qitəsində müvafiq sahə üzrə ən böyük sərgi hesab olunan Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisinə bu il Azərbaycan da daxil olmaqla, 38 ölkədən 1070 iştirakçı qatılıb.
Noyabrın 9-da öz işinə başlamış sərgidə Azərbaycan AZPROMO, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası, eləcə də şərab istehsalı və ixracı ilə məşğul olan 12 şirkətin nümayəndəsi ilə təmsil olunur. Noyabrın 11-dək davam edəcək sərginin keçirildiyi Honqkonq Beynəlxalq Sərgi və Konqres Mərkəzində Azərbaycan şərablarının təbliği məqsədilə müxtəlif tanıtım plakatları asılıb.
Azərbaycan şərabları, şampanlar, meyvə və otlardan hazırlanmış spirtli içkilər xüsusi dizaynda hazırlanmış, 126 kvadratmetrlik “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.
Pavilyonumuzda rəqabətqabiliyyətli və ixracyönümlü Azərbaycan şərabları nümayiş olunmaqla yanaşı, sərgi ziyarətçilərinə ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, istehsal olunan təbii və keyfiyyətli məhsullar barədə məlumat verilir, çap materialları təqdim edilir. Azərbaycan şərabları sərginin təşkilat komitəsinin üzvləri, ziyarətçilər, alıcılar və media nümayəndələri tərəfindən maraqla qarşılanır.
Sərginin açılış mərasimindəki çıxışlarında Honqkonq Ticarət və İnkişaf Şurasının və Sərgi Mərkəzinin rəhbəri Marqaret Fonq Azərbaycanın ilk dəfə olaraq bu sərgidə vahid ölkə stendi ilə təmsil olunduğunu vurğulayıb, AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev isə yerli məhsullarımız və stendimiz barədə məlumat verib. Sonra iştirakçı ölkələrin nümayəndə heyətləri Azərbaycanın vahid ölkə stendi ilə tanış olub, stendimizə şərab alıcılarının xüsusi turu təşkil edilib. Açılış mərasimi çərçivəsində keçirilmiş müsabiqənin qaliblərinə hədiyyə olaraq Azərbaycan şərabları da təqdim edilib.
Sərgi çərçivəsində Azərbaycan iş adamları potensial müştərilərlə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb, şərab istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olublar. Bundan başqa, sərgidə iştirak edən Azərbaycan şirkətlərinin nümayəndələri yerli bazarı araşdırmaq məqsədi ilə müxtəlif marketlərdə olublar.
Qeyd edək ki, Azərbaycan məhsullarının təqdim olunduğu sayca 5-ci vahid ölkə stendi Azərbaycan Respublikası Prezidentinin "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi ilə bağlı Fərmanına uyğun olaraq təşkil edilib. Vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















