ABŞ-da yeni vergi layihəsi güzəştləri 1 il təxirə salınır - DOLLAR UCUZLAŞIR
ABŞ Senatındakı Respublikaçılar hazırladıqları vergi islahatı layihəsinin detallarını açıqlayıb. Layihə, ABŞ Nümayəndələr Palatasında müzakirə edilən vergi güzəştləri qanun layihəsindən fərqlənir.
Respublikaçı senatorlar hazırladıqları yeni vergi layihəsinin mühüm maddələrini ictimaiyyətə açıqlayıblar.
"Marja" xəbər verir ki, "Vergi Güzəştləri və Məşğulluq Qanunu" adlı layihə, eyni adı daşımasına baxmayaraq Nümayəndələr Palatasında müzakirə edilən digər vergi qanunu təklifindən mühüm dərəcədə fərqlənir.
İki layihə arasında ən mühüm fərqlər, gəlir və korporativ vergi güzəştlərindədir.
Senatın (Respublikaçıların) layihəsi, institusional (korporativ) vergilərin 35%-dən 20%-ə 2019-dan etibarən endirilməsini nəzərdə tutur. Nümayəndələr Palatasında səsverməyə çıxarılması gözlənilən layihə isə sözügedən güzəştin 2018-də başlamasını nəzərdə tutur.
Respublikaçı senatorların layihəsi, fərdi gəlir vergisi faizlərinin fərqli gəlir qruplarına görə 10 faiz, 12 faiz, 22.5 faiz, 25 faiz, 32,5 faiz, 35 faiz və 38,5 faiz olmaqla 7 hissədən olmasını nəzərdə tutur. Digər tərəfdən, ABŞ Nümayəndələr Palatasında müzakirə edilən qanun təklifi, fərdi gəlir vergisi nisbətlərinin, 12, 25, 35 və 39,6% olmaqla 4 hissəyə endirilməsini nəzərdə tutur.
Ölkədə, mövcud vəziyyətdə tətbiq edilən federal gəlir vergisi dərəcələri 10 faiz, 15 faiz, 25 faiz, 28 faiz, 33 faiz, 35 faiz və 39,6 faizdir.
Yerli vergilərin ləğvi
Senat və Nümayəndələr Palatasının vergi layihələri arasındakı digər bir əhəmiyyətli fərq yerli vergiləri maraqlandırır.
Senatın layihəsi, federal vergiyə əlavə olaraq ödənilən yerli vergilərin tamamilə ləğv edilməsini istəyir. Nümayəndələr Palatasında müzakirə edilən qanun təklifi isə ştatlar və yerli hakimiyyət orqanlarına ödənilən daşınmaz əmlak vergilərinin, federal gəlir vergisindən kəsilməsinə 10 min dollarlıq məhdudiyyət nəzərdə tutur.
Bundan başqa, Senatın layihəsi çərçivəsində miras vergisi, yalnız 11 milyon dolların üstündəki miraslara tətbiq olunmasını, ABŞ Nümayəndələr Palatasındakı Respublikaçıların təklifi isə miras vergisinin tamamilə qaldırılmasını nəzərdə tutur.
İki layihə mənzil krediti faizinə qarşı vergi güzəştləri barəsində də bir-birindən fərqlənir. Respublikaçı senatorlar, dəyəri 1 milyon dollara qədər olan ev alışlarına tətbiq edilən ipoteka vergisi dərəcəsinin azaldılmasını istəyirlər, Nümayəndələr Məclisindəki layihə isə dəyəri 500 min dollara qədər olan əmlakların vergidən azad edilməsini nəzərdə tutur.
Qanunvericilik prosesi ləngiyə bilər
ABŞ Prezidenti Donald Trump və Respublikaçılar Partiyası üçün böyük əhəmiyyət daşıyan islahat təklifinin Konqresin iki tərəfində bir-birindən fərqli layihələr üzrə müzakirə edilməsinin, qanunun qəbul edilməsi prosesinin ləngiməsinə və çətinləşməsinə səbəb olacağı bildirilir.
Trump, Asiya səfəri ərəfəsində verdiyi açıqlamada, vergi islahatının bu il başa çatmadan qəbul olunmasını və qüvvəyə minməsini istədiyini bildirmişdir.
Respiblikaçıların yeni vergi qanunu layihəsi açıqlanandan sonra, "güzəştlərin 1 il təxirə salınması" maddəsilə əlaqədar olaraq Dollar ucuzlaşıb. Avro/dollar məzənnəsi 1.1650 səviyyəsinə çıxıb.
Qızıl qiymətləri, ABŞ-da Senatın vergi planının şirkətlərdən tutulan vergiyə endirimin 2019-ci ilə təxirə salınacağını göstərməsindən sonra yüksəlib. ABŞ şirkətlərinin səhmləri düşüb.
Qızılın unsiyası 1286.07 dollara qalxıb. Qiymətli metal bu həftə 1.3 faiz yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 32 d. sonra
-
18 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 19 d. əvvəl
-
-
26 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
32 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
44 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 48 d. əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
























