Türkiyəli sahibkar Azərbaycanda "yaşıl", "ağ" və “yasəmən” çay istehsal edəcək
Türkiyəli sahibkar Lənkəranda daha 50 hektar sahədə yeni çay sahələri salır. Növbəti illərdə ərazini 1250 hektara çatdırmağı nəzərdə tutan "Beta" şirkəti sahibinin əsas hədəfi yaşıl çay istehsal edərək məhsulu xarici bazara çıxarmaqdır.
Türkiyəli sahibkar Cəlal Uğur: “Planımızda 1250 hektardır. Azərbaycan çayını Avropaya, xaricə ixrac etməkdir. Əsasən yaşıl çay istehsalı üzərində duracağıq. Qara çay isə son plandadır. Eyni zamanda planımızda ağ çay və “yasəmən” çayı istehsalı da var.”
Mütəxəssislər torpağın tərkibini analiz və çay üçün yararlı sahə olduğunu müəyyən etdikdən sonra əkinə hazırlıq işlərinə başlayıblar. Bu sahədə uzun illər çayçılıq sahəsində çalışmış aqronomların təcrübəsindən yararlanıblar.
Təsərrüfatın aqronomu Sabir: “Əkindən qabaq hektara 40 ton peyin, 1 ton superfosfat gübrəsi vermişik. Həm də bu dağətəyi zonadır. Dağətəyi zonada nisbi rütubət daha yüksək olur. Torpaq münbit torpaq olur. Onun humusu 2-2,5-dir.”
Çay bitkisinin inkişafında mühüm amillərdən biri də suvarmanın düzgün təşkilidir. Buna görə də sahələrdə müasir suvarma sistemləri qurulacaq. Bu da bitkinin lazımi qədər su ilə təmin etməyə imkan verəcək. Yeni çay sahələrinin salınmasından ən çox sevinən burada günəmuzd işə cəlb edilən yerli sakinlərdir.
Çay bitkisindən 8-9 ilə tam məhsul götürmək olur. Amma ilk dəfə 4-cü ildən başlayarq ümumi məhsuldarlığın 20 faizi qədəri məhsul yığmaq olur.
Təsərrüfatın aqronomu Sabir: “5-ci ili 35 faizi,6-cı ili 65 faizi, 7-ci ili 85 faizi yığılır. Beləliklə, 8-9-cu ildə isə bitki tam məhsuldarlığa düşür. Orta hesabla məhsuldarlıq 48-50 sentnerdir . Çalışarıq hektardan 60-70 sentner məhsul götürək.”
50 hektar ərazi üçün 800 minə yaxın əkin materialı hazırlanıb. Bir hektar ərazidə 22 min şitil istifadə olunub. Çay sahəsinin dağətəyi ərazilərdə salınması həm keyfiyyət, həm də məhsuldarlıq baxımından daha sərfəlidir.
Cəlal Uğurun “Beta” şirkəti tərəfindən Lənkəranın Osakücə kəndində yeni çay plantasiyasının salınmasına başlanılıb. Bu layihənin icrasına 17 milyon manat vəsait sərf olunacağı planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
28 d. əvvəl
İstilik enerjisinin maya dəyəri əhali tarifini 2 dəfədən çox üstələyib
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Mirzoyan: Azərbaycan və Türkiyə prezidentləri İrəvana dəvət olunublar
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Futbolunda yenilik – Yeni sponsorluq müqaviləsi imzalandı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda Aİ-95 markalı avtomobil benzininin istehsalı kəskin azalıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycan Dəmir Yollar və Çinin Sian limanı anlaşdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycan Futbolunda yenilik – Yeni sponsorluq müqaviləsi imzalandı
"AFB BANK"ın istiqrazlarını 80 investor əldə etdi
Toyota-nın satışlarında rekord
Ən çox oxunanlar
"Arazdəyən–Sədərək ərazisi də açılmalıdır"
“Nar”a yeni baş icraçı direktor təyin olundu
Azərbaycan Rusiyadan qoyun ətinin alışını artırıb
Oktyabrın 28-də gözlənilən hava şəraiti
Quyulardan neft hasilatı azalır: bp maksimum hasilat üçün Xəzərə yeni texnologiya gətirir - Çoxmilyonluq müqavilə imzalanıb
Polad incəsənətə çevriləndə - “Baku Steel Art” 2-ci Beynəlxalq Metal Simpoziumu öz işinə başlayıb
Qlobal bazarlarda son vəziyyət
SOCAR ilə “Uzbekneftegaz” arasında Anlaşma Memorandumu imzalanıb











.jpg)
.jpg)





.jpg)



