"Wartsila" Bakıda LNG texnologiyasının təqdimatını keçirir
Bakıda Energetika Nazirliyinin dəstəyi ilə "Wartsila" Korporasiyası (Finlandiya) tərəfindən LNG texnologiyaları üzrə təqdimat keçirilir.
Energetika nazirinin müavini Natiq Abbasov bildirib ki, yeni texnologiyanın tətbiqi, inkişaf etmiş ölkələrin təcübəsi Azərbaycan üçün hər zaman prioritet olub.
"Azərbaycan "Wartsila" şirkətinin Xəzər regionundakı əsas tərəfdaşlarından biridir. Artıq 12 ildir ki, Azərbaycanda çalışan bu şirkət ölkədə əsasən neft və qaz sənayesi, elektrik enerjisi hasilatı, dəniz daşımaları sahəsində fəaliyyətlə məşğuldur. "Wartsila" 2005-ci ildən 2010-cu ilədək Azərbyacan ərazisində ümumi gücü 880 MVt olan modul elektrik stansiyalarının tikilməsi və istismara verilməsi layihəsini uğurla başa çatdırıb. Şirkətin avadanlığı Bakı-Tbilisi-Ceyhan layiəsinin həyata keçirilməsində mühüm rol oynayıb".
Energetika nazirinin müavini şirkətin modul elektrik stansiyalarının tikilib istismara verilməsi, neft və qaz kompressor avadanlığı, istilik sistemləri kimi sahələrdə böyük təcrübəyə malik olduğunu bildirib. Eyni zamanda, şirkət hərəkətverici ləvazimat, avtomatika və enerjipaylama sistemləri də daxil olmaqla, gəmiçilik sahəsi üçün avadanlıq, xüsusilə gəmi mühərrikləri istesahsalında dünya liderlərindəndir. Təsadüfi deyil ki, bu gün dünyadakı hər üç gəmidən birinin mühərriki bu şirkətin müəssisələrində istehsal olunur.
"Wartsila" şirkətinin vitse-prezidenti Kristof Vitzsum şirkətin Bakıda yeni, genişləndirilmiş ofis və əməliyyat sexinin 2008-ci ildən istifadəyə verildiyini qeyd edib. O bildirib ki, ofis həm elektrik stansiyaları, həm də gəmiçilik sahəsi üzrə satış və servisi təmin edir. Bu servis mərkəzləri həmçinin şirkətin Orta Asiyada fəaliyyətini tənzimləyir. Şirkət rəsmisi gələcəkdə Azərbaycanda işlərin davam etdiriləcəyini vurğulayıb.
"Wartsila" Korporasiyası qazın daşınmasında və onun gəmi yanacağı kimi istifadə olunmasında texnoloji yeniliklərin tətbiqində böyük təcrübəyə malikdir. LNG texnologiyalarından Azərbaycanda uğurla istifadə olunacağını nəzərə alaraq Energetika Nazirliyi bu tədbirin keçirilməsinə dəstək verir.
Qeyd edək ki, təqdimat iki gün davam edəcək.
Fin şirkəti Azərbaycanda LNG texnologiyalarının tətbiqi sahəsində əməkdaşlıq təklif edir. "Wartsila" şikəti Xəzər dənizində mayeləşmiş qazın daşınması üçün Azərbaycana həll yolları da təklif edə bilər.
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi

























