“Şahdağ”ın kapitalı 500 milyon manatdan çox artırıldı
Nazirlər Kapineti “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” QSC-nin Nizamnaməsində dəyişiklik edib.
"Marja" xəbər verir ki, dəyişiklik nəticəsində QSC-nin nizamnamə kapitalı təxminən 509 milyon manat artırılaraq 37,8 milyon manatdan 546,8 milyon manata qaldırılıb.
Qərarda deyilir:
“Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 4.4-cü bəndi aşağıdakı redaksiyada verilsin:
- Cəmiyyətin nizamnamə kapitalı 546 775 725.05 (beş yüz qırx altı milyon yeddi yüz yetmiş beş min yeddi yüz iyirmi beş manat beş qəpik) manatdır və onun səhmlərinin nominal dəyərindən təşkil edilir. Nizamnamə kapitalı nominal dəyəri 100 (yüz) manat olan 5 467 757 (beş milyon dörd yüz altmış yeddi min yeddi yüz əlli yeddi) ədəd adi səhmlərdən ibarətdir.
2015-ci il 18 dekabr tarixli Nizamnamədə qeyd edilirdi ki, Cəmiyyətin nizamnamə kapitalı 37.777.427,56 (otuz yeddi milyon yeddi yüz yetmiş yeddi min dörd yüz iyirmi yeddi manat əlli altı qəpik) manatdır və onun səhmlərinin nominal dəyərindən təşkil olunur. Nizamnamə kapitalı nominal dəyəri 100 (yüz) manat olan 377.774 (üç yüz yetmiş yeddi min yeddi yüz yetmiş dörd) ədəd adi səhmlərdən ibarətdir.
"Şahdağ Turizm Mərkəzi" Azərbaycanın ən gözəl regionlarından birində, Qusar şəhərinin 25 kilometrliyində yerləşir. Qonaqlar turizm mərkəzinin ərazisində dəbdəbəli hotellərdə, fərdi kənd evlərində, kotteclərdə və hətta, yay mövsümündə çadırda gecələmək kimi müxtəlif istirahət növləri arasında seçim edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 39 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi






















