Bolkartın 6 yaşına ÖZƏL 100% Nağdlaşdırma kampaniyası!
Ölkənin bank sektoruna gətirdiyi yenilikləri ilə adını ön sıralara yazdıran Bank of Baku, ölkənin ilk hissə-hissə ödənişli kredit kartı – Bolkartın 6 yaşını qeyd edir.
Bolkartın 6 yaşına ÖZƏL olaraq Bank, öz müştərilərini "6 YAŞDA, 6 yeni KAMPANİYA" adı altında həyata keçirdiyi sürpriz silsilə kampaniyalarla sevindirmək niyyətindədir.
Bu silsilənin birincisi Bolkart kredit kart sahibləri üçün təqdim olunan 100% Nağdlaşdırma kampaniyasıdır.
25 oktyabr – 05 noyabr tarixləri arasında keçirilən kampaniya şərtlərinə əsasən, Bolkart kredit kart sahibləri balanslarındakı məbləğin hamısını, yəni tam 100%-ni nağdlaşdıra biləcəklər.
Bolkartın 6 yaşına ÖZƏL elan edilmiş bu kampaniyadan müsbət kredit tarixçəsinə malik olan həm köhnə, həm də yeni Bolkart kredit kart sahibləri faydalana bilərlər.
Nağdlaşdırma üçün yeni Bolkart kredit kartlarında 1%, köhnə Bolkart kartlarında isə 2% komissiya nəzərdə tutulub. Məsələn, köhnə Bolkart kredit kart sahibi, 1000 AZN nağdlaşdırma etsə və 10 dekabra qədər onu banka geri qaytarsa əlavə heç bir faiz olmadan, sadəcə nağdlaşdırma komissiyası nəzərə alınmaqla ümumilikdə 1020 AZN ödəniş edəcək.
Yeni Bolkart kredit kart sahibləri isə 1000 AZN nağdlaşdırma etdikdə, geri ödəyəcəkləri məbləğ, əsas borc və 1% nağdlaşdırma komissiyası daxil olmaqla, 1010 AZN təşkil edəcək.
Yeni Bolkart kart növləri üzrə ödəniş şərtləri və faizlərin hesablanması haqqında ətraflı məlumatı http://bolkart.az/ saytından əldə etmək olar.
“6 YAŞDA, 6 yeni KAMPANİYA” adı altında keçiriləcək silsilə kampaniyalar haqqında məlumat üçün Bankın və Bolkartın rəsmi facebook səhifələrini izləyə bilərsiniz.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 16 saat sonra
-
- 11 saat sonra
-
5 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
5 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
5 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb





















.jpg)


