"Bank Standard”ın müflis olmasında iştirak etmiş şəxs ADIF-də müşavir işləyir"
"Ləğv prosesində olan “Bank Standard” QSC-nin müflis olmasında iştirak etmiş Bankın İdarə Heyətinin sədr müavini Orxan Xubanov Azərbaycan Əmanətlərin Sığortalması Fondunda (ADIF) müşavir vəzifəsinə təyin edilib. Bu, qeyri-adi haldır”.
Bunu “Bank Standard”ın Kreditor Komitəsinin bu gün keçirilən iclasında Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.
Bundan başqa, o qeyd edib ki, Bankın ləğv prosesində kreditorlar və debitorlara münasibətdə qeyri-qanuni addımlar atılır:
“Məndə olan məlumata görə, böyük məbləğdə pulu olan əmanətçiləri çağırıb deyirlər ki, səndə bu qədər pul hardandır, ondan imtina et. Həmçinin banka borcu olan şəxslərlə separat danışıqlara gedilir. Onların bəzilərindən ancaq əsas borcu ödəmək tələb olunur. Məsələn, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun qardaşı Şahin Mövsümov bəyan edib ki, “Bank Standard”a 70 mln. manat borcu var. Halbuki, bu, onun əsas borcudur. İş adamından faizlər, cərimələr tələb olunmur. ADIF ləğvedici kimi bunlara aydınlıq gətirməlidir”.
"XƏRCLƏR BARƏDƏ MƏLUMAT VERMİRLƏR"
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Bank Standard” QSC-də pulu olan Azərbaycan Mərkəzi Bankına 20 mln. manat, “Azərbaycan İpoteka Fondu” ASC-yə isə 41 mln. manat pul ödəyib.
Bunu Bankın bu gün keçirilən Kreditorlar Komitəsinin iclasında qurumun sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.
“Bundan başqa, Fond İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun “Bank Standard”dakı 20,3 mln. manat pulunu da qaytarmaq istəyir. Halbuki, bu qurumlar hamısı digər kreditorlarla eyni hüquqdadır, növbəlilik gözlənilməlidir”, - deyə o qeyd edib.
Ə.Həsənovun sözlərinə görə, son bir ildə “Bank Standard”ın ləğvi prosesinə 3 mln. manat xərcləndiyi bildirilir: “Amma bu pulun nəyə, necə xərclənməsi barədə ADIF hesabat vermir. Halbuki, bu, kreditorların puludur”.
Hüquqşünas həmçinin deyib ki, Bankın ləğv planı cəmi 1 dəfə təsdiq edilib, halbuki, bu plan azı rübdə bir dəfə təsdiqlənməlidir: “İlk dəfə plan bu ilin I rübünün yekununa əsasən, təsdiq olunub. Artıq II və III rüblər başa çatıb, ləğv planı yenilənməyib”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti

























