
110 ölkəyə məhsul ixrac edib, 173 ölkədən idxal etmişik

2017-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 110 ölkəyə məhsul ixrac olunmuş, 173 ölkədən idxal olunmuşdur. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 15021,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 9720,4 milyon dollar, idxalın dəyəri 5300,8 milyon dollar təşkil etmiş, nəticədə 4419,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,0 faiz artmış, real ifadədə isə 13,3 faiz, o cümlədən ixrac 8,9 faiz, idxal 20,0 faiz azalmışdır.
Ticarət dövriyyəsinin 35,7 faizi Avropa İttifaqı ölkələri, 13,2 faizi MDB üzvü dövlətləri, 51,1 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.
İxracın dəyərinin 21,4 faizi İtaliyaya, 14,2 faizi Türkiyəyə, 6,0 faizi Çinə, 5,1 faizi Rusiyaya, 4,7 faizi Gürcüstana, 4,4 faizi Çexiyaya, 4,2 faizi İsrailə, 3,8 faizi Hindistana, hər biri 3,7 faiz olmaqla Tayvan (Çinin əyaləti), Almaniya və Portuqaliyaya, 3,4 faizi Kanadaya, qalan 21,7 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşmışdır.
İdxal olunmuş məhsulların dəyərinin 17,2 faizi Rusiyanın, 15,3 faizi Türkiyənin, 10,0 faizi Çinin, 7,8 faizi ABŞ-ın, 4,7 faizi Almaniyanın, 4,4 faizi Ukraynanın, 3,9 faizi İtaliyanın, hər biri 3,0 faiz olmaqla İran və Birləşmiş Krallığın, 2,8 faizi Braziliyanın, 2,2 faizi Norveçin, 1,7 faizi Fransanın, 24,0 faizi isə digər ölkələrin payına düşmüşdür.
2017-ci ilin yanvar-avqust aylarında 963,5 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar-avqust aylarına nisbətən faktiki qiymətlərlə 30,1 faiz, real ifadədə isə 27,4 faiz çoxdur.
2017-ci ilin yanvar-avqust aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 86,3 faiz, təzə meyvə – 34,6 faiz, kartof – 50,7 faiz, tütün – 92,1 faiz, bitki yağları – 14,2 faiz, çay – 53,8 faiz, meyvə və tərəvəz şirələri – 75,8 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 73,5 faiz, meyvə və tərəvəz konservləri – 0,8 faiz, pambıq lifi – 6,3 dəfə, bentonit gili – 3,7 dəfə artmış, şəkər ixracı isə 34,4 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 2,8 faiz, polietilen – 0,4 faiz, emal olunmamış alüminium – 26,8 faiz, qara metallardan borular – 6,9 faiz, qara metallardan yarımfabrikatlar – 28,3 faiz, pambıq ipliyi – 34,1 faiz azalmışdır.
2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə 2017-ci ilin yanvar-avqust aylarında bitki yağları idxalı 2,7 faiz, kərə yağı, digər süd yağları və pastaları – 5,8 faiz, təzə meyvə – 8,6 faiz, çay – 1,6 faiz, quş əti və onun əlavə məhsulları – 55,2 faiz, mal əti – 2,2 dəfə
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Bank Respublika-dan yeni mövsümə özəl sərfəli nağd kredit təklifi
- 1 saat əvvəl
-
1 saat əvvəl
BOKT-a illik 16 faizlə pul lazımdır - İSTİQRAZ BURAXIR, ŞƏRTLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bir ekosistemində yeni mərhələ: Umico Bonus artıq Bir Bonus oldu
- 3 saat əvvəl
Son Xəbərlər

"Regional" BOKT-ın xalis mənfəəti 12 dəfə artıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Bank Respublika-dan yeni mövsümə özəl sərfəli nağd kredit təklifi

Azərbaycan istiqrazları Unicapital vasitəsilə Cbonds-da

Azərbaycan neftinin son qiyməti

200 manata tutulan kirayə mənzili, sənədlərdə 400 manat göstərib - Yarım milyon manatlıq dələduzluqda ittiham olunur

Azərkosmos-da kosmik zərər

Bir ekosistemində yeni mərhələ: Umico Bonus artıq Bir Bonus oldu

Qızılın qiyməti tarixinin ən yüksək səviyyəsində

Rəsmi məzənnələr açıqlandı

İlham Əliyev paradı izləyib

"Supertoys" şirkəti Bölgə müdiri təyin edib

"Hazırda 2-ci fond üzərində də düşünürük, məqsədimiz beynəlxalq səviyyədə tanınan fond yaratmaqdır"
