Onlar hökumətin “tələsinə” çox pis düşdülər
Bu gün bir sıra banklar Dollar satışını bərpa ediblər.
Xəbər verdiyimiz kimi, “KapitalBank” və “Bank Respublika” 5000 dollar limitlə, “Dəmir Bank” 500 dollar, “Unibank” isə 200 dollar limitlə dollar satışına başlayıblar.
Banklar Dolları 1.8450 manatdan satırlar. Dolların alış qiymətiləri isə 1.77 manat səviyyələrindədir.
Bankların bir-birinin ardınca dollar satışına başlamaları “qara bazar”ın təlaşa düşməsinə səbəb olub. Dolları 1.90 manatdan aşağı satmayan qanunsuz valyuta ticarətçiləri dünən axşamdan başlayaraq Dolların alış və satış qiymətlərini aşağı salıblar. Onlar Dollar almaqda tərəddüd etməyə də başlayıblar, çünki dolların daha da düşə biləcəyindən ehtiyatlanırlar. Dolları daha baha satmaq məqsədilə alıb yığanlar isə daha çox narahat olmağa başlayıblar.
Düzdür dünəndən bankların alış qyimətini 1.77 manat səviyyələrinə salmaları dollar alverçilərinin xeyrinədir. Dolları daha baha qiymətə satmaq istəyənlər yenə "qara bazar"a üz tuturlar. "Qara bazar"la mübarizə məqsədilə bankların Dolların alış qimətilərini kəskin aşağı salmamaları daha doğru olardı.
Dünən axşam saatlarında bu da məlum oldu ki, gələn il Dövlət Neft Fondu "Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə” Mərkəzi Banka təxminən 4,2 milyard dollar transfert edəcək. Bu hökumətin indiki mərhələdə Manatın daha çox dəyərdən düşməsinə qarşı olduğuna işarə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























