AZAL 6 "Boeing" təyyarəsi alacaq
AZAL 6 "Boeing" təyyarəsi almaq üçün hazırlıq işləri aparır.
Bunu "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sədri Cahangir Əsgərov 7-ci Xəzər Avia Yük Daşımaları Sammitində çıxışı zamanı deyib.
C.Əsgərov qeyd edib ki, hazırda Azərbaycan aviasiyası ölkənin qeyri-neft sektorunun ən mühüm sahələrindən biridir: Hazırda Azərbaycan mülki aviasiyasında "Boeing 747", "Boeing 787", "Boeing 767", "Airbus 340", "Airbus 320", "Airbus 319" və "Embraer 190" tipli təyyarələr mövcuddur. Eyni zamanda, bunu da qeyd etmək istərdim ki, 10 ədəd ən müasir "Boeing 737 MAX" təyyarəsinin alınması üçün saziş imzalamışıq. Həmin təyyarələri 2018-ci ildən etibarən istismara verəcəyik".
QSC sədri xatırladıb ki, Azərbaycanın Bakı, Naxçıvan, Gəncə, Qəbələ, Lənkəran və Zaqatala şəhərlərində ümumilikdə 6 beynəlxalq aeroport fəaliyyət göstərir. Bu aeroportlar mülki aviasiyanın hər bir tipli hava gəmilərini qəbul etmək imkanına malikdirlər.
C.Əsgərov yük aviasiyası haqqında da məlumat verib: "Silk Way" aviaşirkəti 10 ədəd "Boeing 747" tipli hava gəmisi istismar edir. Onlardan 5-i "Boeing 747-8 F" tiplidir. Bu gün "Silk Way" 60 ölkəyə, o cümlədən 37 istiqamət üzrə müntəzəm uçuşlar həyata keçirir. Qeyd etməliyəm ki, son bir il ərzində 11 yeni istiqamət açılıb. Yaponiya, Malayziya, Sinqapur, Banqladeş, Küveyt, Səudiyyə Ərəbistanı, eləcə də Sakit okeanı üzərindən Honq Konq-Çikaqo marşrutu istismara buraxılıb".
O bildirib ki, AZAL 4 ədəd "Boeing 787 Dreamliner" və 2 ədəd "Boeing 747-8 F" tipli təyyarələrin alınması üzrə hazırlıq işləri aparır: "Bu ilin sonuna kimi müqavilə imzalayacağıq".
QSC sədri deyib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu “Böyük İpək Yolu” layihəsində mühüm rol oynayır: "Bir sözlə, biz Heydər Əliyev Beynəlxalq Aeroportunu böyük logistik haba çevirdik".
C.Əsgərov vurğulayıb ki, Azərbaycanda “Strateji Yol Xəritəsi” layihəsi təsdiq olunub: "Layihə 2020-ci ilə kimi nəzərdə tutulub. Azərbaycan mülki aviasiyasının payına düşən işlərin 80 faizini biz bu gün yerinə yetirmişik. Bu, böyük nailiyyətdir.
Ümid edirik ki, yaxın zamanda biz Heydər Əliyev Beynəlxalq Aeroportunda Azad İqtisadi Zonanı yarada biləcəyik. Bu layihənin icrası üçün qanunvericilik bazası təsdiq edilmişdir. Onun icrası ilə bağlı tədbirlər planı hazırlanmaqdadır".
©Trend
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
7 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























