
"Amapola Exclusive Events"ə PR, Brend və Sosial Media üzrə menecerlər tələb olunur

1.PR və Brend Menecer
2013-cü ilin avqust ayında təsis edilən “Amapola Exclusive Events” şirkəti vahid məqsəd ətrafında birləşən kreativ insanlardan ibarət bir komanda yaratmışdır. Şirkət dövlət tədbirləri, toy mərasimləri, ad günləri və hər növ korporativ tədbirlərin təşkilini həyata keçirir. “Amapola Exclusive Events” tədbirlərin təşkilində ən son tendensiyalar və ən yaxşı təcrübələrə əsaslanır və öz müştərilərinə geniş miqyaslı xüsusi həlləri təklif edir. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşlarımız ilə fəxr edirik və Sizi də “Amapola Exclusive Events” ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
• Brendin inkişafı üzrə strateji planlaşdırmanı həyata keçirmək (brend strateqiyasını razılaşdırmaq, brend portfoliasını genişləndirilmək);
• Brendin inkişafı üçün təchizatçılar və tərəfdaşlar ilə birgə ayrılmış büdcə üzrə marketinq planlarının həyata keçirmək və koordinasiya etmək;
• Şirkətin brendinə uyğun kataloqlarının, broşürlarının, bannerlərinin, saytın, bloqun və s., hazırlanması;
• Şirkət və tədbirlər barədə bannerlərin, roliklərin və s., saytlarda yerləşdirilməsi üçün danışıqların aparılması;
• Şirkətin brendinə uyğun blaknotlara, qələmlərə, vizitkalara, papkalara, iri və kiçik miqyaslı paketlərə dizaynın verilməsi;
• Print materiallarının hazırlanması, təşkili və sifariş olunması;
• Qiymət, keyfiyyət və icra müddəti baxımından daha sərfəli olan tipoqrafiya və poliqrafiya xidmətlərin Təchizat və logistika şöbəsi ilə birgə seçilməsi, hesabatlılığın təmin edilməsi və Rəhbərliyə təsdiq edilməsi.
• İnformasiya materiallarının yayılması üçün ən əlverişli kütləvi informasiya vasitələrinin seçilməsi və onlarla əlaqələrin qurulması;
• KİV ilə kontaktların mövcudluğu;
• PR konsepsiyasının yaradılması təcrübəsi, konkret PR tədbirlərinin həyata keçirilməsi;
• Press-relizlər, məqalələr və ən fərqli reklam daşıyıcıları üçün reklam hazırlamaq səriştəsi;
• PR məqsədlərinin müəyyən edilməsi üçün daxili kommunikasiya kanallarının yaradılması.
Namizədə qarşı tələblər:
• Göstərilən vəzifə üzrə ən azı 1-3 illik iş təcrübəsinin olması;
• Ali təhsil (Reklam, dizayn, rəssamlıq və s. üzrə);
• Azərbaycan dili, rus dili – mükəmməl, ingilis dili yaxşı səviyyədə;
• Kompüterdə və İnternetdə sərbəst, yüksək səviyyədə işləmək;
• Çapa hazırlıq mərhələsi və çap texnologiyaları üzrə biliklər;
• Web design, brendinq, qablaşdırma üzrə biliklər;
• Adobe PhotoShop, CorelDraw, AutoCad kimi qrafik proqramlarda işləmə bacarığı;
• 3D Max proqramında işləmə bacarığı əlavə üstünlük ola bilər;
• Kreativ, amma eyni zamanda məsuliyyətli, komandada işləmə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV və Portfolionu [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “PR və Brend menecer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildir.
2.Sosial Media üzrə Menecer
Vəzifə öhdəlikləri:
• İctimaiyyətlə və kütləvi informasiya vasitələri ilə il ərzində baş tutacaq bayram, tədbir və s. barəsində məlumatın axtarışı və qeydiyyatın aparılması;
• Qeyd olunan məlumat əsasında aylıq hesabatın hazırlanması və baş tutacaq bayram, tədbir və s. üzrə şəkillərin, video materialların şirkətin facebook, twitter, youtube, instagram və rəsmi səhifəsində yerləşdirilməsi və ona uyğun müxtəlif növ mətnlərin yazılması;
• Sosial media üçün ayrılan reklam büdcəsinə uyğun Sosial media strateqiyasının hazırlanması və brendin strategiyasının bütün kanallarda öz əksini tapmasına nəzarətin edilməsi;
• Sosial media üçün hazırlanacaq kontentlər markanın mesajını, markanın xidmətlərini qeyri-adi olmalı, insanların marağını çəkməli və onları danışdırmalıdır.
• Kütləvi informasiya vasitələri üçün şirkətin şöbələrinin fəaliyyəti haqqında mətbuat-relizlərin, məlumat materiallarının hazırlanması;
• Markanın sosial media hesablarını idarə edəcək olan insanın ölkənin diliyini mükəmməl bilməsi, onu səlis və bacarıqlı formada istifadə etmə bacarığının olması son dərəcə vacibdir.
• Datalar rəqəmlər formasında təqdim edilir, bu rəqəmlər analiz edilməli, nəticə barədə rəhbərliyə aylıq hesabat verilməldir.
Namizədə qarşı tələblər:
• Göstərilən vəzifə üzrə ən azı 3-5 illik iş təcrübəsinin olması;
• Ali təhsil;
• Azərbaycan dili, rus dili – mükəmməl, ingilis dili orta səviyyədə;
• Kompüterdə və İnternetdə sərbəst, yüksək səviyyədə işləmək;
• PowerPoint, Photoshop kimi proqramları bilmək üstünlük ola bilər;
• Foto ilə işləmək və dizayn bacarıqları da əlavə üstünlük ola bilər;
• Azərbaycan və rus dillərində sərbəst şəkildə yazmaq, fikirlərini rahat izah etmək bacarığı;
• Kreativ, amma eyni zamanda məsuliyyətli, komandada işləmə bacarığı;
• Savadlı, şifahi və yazılı nitq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Sosial Media üzrə Menecer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
2. Təchizat üzrə Mütəxəssis
Vəzifə öhdəlikləri:
• Daha sərfəli şərtlər və qiymətlər təklif edən yeni təchizatçıların aşkar edilməsi üçün bazarların təhlil edilməsi
• Alış Tələbnamələrini vaxtlı-vaxtında, qənaətlə və düzgün qaydada icra edilməsi
• Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat cəhətdən təhlil edilməsi
• Təchizatçılarla kommersiya şərtləri üzrə danışıqların aparılması
• Təchizatçının seçilməsi formasının və alış sifarişlərinin hazırlanması
• Çatdırlmaların Şirkətin ehtiyaclarına uyğun əlaqələndirilməsi
• Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar
• Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda
iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi
istiqamətində tədbirlər görmək;
• Xarici bazar qiymətlərinin analizi və müqayisəli hesablamanın aparılması
Namizədə qarşı tələblər:
• Ali təhsil;
• 25-35 yaş aralığında olan xanım namizədlər;
• Azərbaycan, rus dillərində tam sərbəst yazı və danışıq qabiliyyəti, ingilis dili (orta səviyyədə)
• Ofis proqramlarını bilmək;
• Müvafiq sahədə 3 ildən az olmayaraq iş təcrübəsi;
• Beynəlxalq yazışma və danışıqların aparılması;
• Bazarı təhlil etmək bacarığı;
• Tədarük ediləcək məhsulların haradan alınacağını, çatdırılma şərtlərini bilməli;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Təchizat üzrə Mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Müştərilərin xəbərləri

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
FAB Şirkətlər Qrupu Orta Asiya bazarına böyük həcmli ixraca hazırlaşır
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
6 saat əvvəl
"FED-in müstəqilliyini itirməsi halında qızılın qiyməti 5000 dollara çata bilər"
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mal-qaranın və keçi-qoyunların sayı ən aşağı həddə düşüb, ölkəyə ət idxalı 17,5 % artıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Qeyri-neft-qaz sektorun vergi daxilolmaları 690,4 milyon manat çox olub
-
7 saat əvvəl
"Rebuild Karabakh 2025"də sahibkarlar üçün ödənişsiz stend təklif olunur
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid


“Zamex”dən vətəndaş şikayətləri artıb

Azərbaycanda külək turbinləri istehsal oluna bilər - Türkiyə şirkətlərilə görüş keçirilib, Azərbaycana dəvət olunublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

“Azərşin” ləğv oluna bilər

"Maybo" şirkətinin xalis mənfəəti kəskin artıb

Yanğın hadisələri üzrə fermerlərə 29 min manat ödəniş edilib

AZCON-da yeni təyinat olub

Özəl bank dövlət bankının səhmdarları sırasına daxil olub

"Prime Cotton" 30 illik yubileyində pambıqçılar üçün ənənəvi “Açıq Tarla Günü”nü keçirdi

Batareya Saxlanc Sistemləri qurulur - Azərbaycanda deyil, bütövlükdə MDB-də ilk olacaq
