Azərbaycanda beynəlxalq sığorta forumu keçirilir
Bakıda sayca 11-ci “Azərbaycan Beynəlxalq Sığorta Forumu” (AIIF-2026) bu gün öz işinə başlayıb.
ASA-dan verilən məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankının strateji dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə baş tutan Forum bu ilin 24-25 iyun tarixlərini əhatə edir.
Forumun rəsmi açılış hissəsində Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin birinci müavini Əliyar Məmmədyarovun, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Azər Əmiraslanovun, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlının, Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarovanın və İcbari Sığorta Bürosunun İcraçı direktorunun müavini Seymur Mirzəyevin çıxışı nəzərdə tutulub.
Ənənəvi olaraq Azərbaycanda keçirilən bu Forumda bu il 20-dən çox ölkədən (Qafqaz regionu, Orta Asiya, Avropa, Türkiyə, Rusiya və MDB ölkələri) peşəkar sığorta, təkrarsığorta və broker şirkətlərinin top-menecerlərinin, o cümlədən, dövlət rəsmiləri, millət vəkilləri, yerli sığortaçılar və aidiyyəti təşkilatlar rəsmiləri iştirak edirlər.
2 gün davam edəcək və ümumilikdə 400-ə yaxın iştirakçının qatıldığı Forum çərçivəsində özəl pensiya sistemləri, təbii fəlakətlər fonunda təkrarsığorta, türk dövlətlərinin sığorta bazarının birgə inkişaf imkanları, həyat və sağlamlıq sığortaları, sığorta brokerliyində qlobal trendlər, sığorta sahəsində peşəkar təhsil və s. kimi mövzularda panel müzakirələrinin təşkili nəzərdə tutulub.
Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Sığorta Forumu” artıq 11-ci dəfədir ki, ənənəvi olaraq ölkəmizdə keçirilən və Qafqaz regionunun ən mühün qlobal sığorta əməkdaşlığı platformasıdır.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 9 d. əvvəl
-
1 saat əvvəl
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
-
1 saat əvvəl
İSB: Xarici ölkə vətəndaşları Azərbaycana gəlmədən sığorta məhsulu əldə edə bilər
-
2 saat əvvəl
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
Ən çox oxunanlar
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar


























