Heydər Babayevin bütün əmlakını satışa çıxardığı bildirilir
Keçmiş İqtisadi inkişaf naziri Heydər Babayev Azərbaycanı tərk etdiyi bildirilir.
Bu haqda xəbəri “Yeni Müsavat” yayıb.
Qəzet bildirib ki, Azərbaycanda qurduğu biznesin çökməsi səbəbindən sabiq nazir bu addımı atmalı olub. Xəbərdə bildirilir ki, o bütün əmlakını satıb ölkədən getməyi düşünür.
Qəzet yazıb: “Bu xəbərlər ləğv prosesində olan “Bank Standard”ın Kreditorlar Komitəsinin bir neçə gün əvvəl prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdiyi bir vaxta təsadüf edir. Belə güman etmək olar ki, “Bank Standart” maxinasiyası sensasion həbslərlə müşahidə oluna bilər. Bildirilir ki, H.Babayevin əmlaklarını satması barədə xəbər dərhal hakimiyyətdə müəyyən dairələrin narazılığına səbəb olub. H.Babayevin ona vaxtilə verilən səlahiyyətlərdən istifadə edərək özünə böyük bir biznes şəbəkəsi qurması, indi isə az qala yarıgizli şəkildə bunları satışa çıxarması və ya təsisçilərini dəyişməsi iqtidarı narazı salıb”.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
-
1 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
2 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
2 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Ən çox oxunanlar
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Azərbaycan neftinin son qiyməti
"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
Xırdalanda 2-ci KFC açılacaq
Azərbaycan və Gürcüstan 26 maydan Bakı-Tbilisi-Bakı üzrə sərnişin qatarlarının bərpası barədə razılığa gəliblər
Azərbaycan futboluna böyük investisiya — “Sea Breeze Arena” layihəsinin əsası qoyulur






.jpg)
.jpg)














.jpg)


