970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

ABB-dən İslam bankçılığı çərçivəsində yeni məhsul

ABB biznes üçün 5 milyon manatadək faizsiz maliyyələşmə məhsulu təqdim edir. Bizneslər avadanlıq və əmlakı faizsiz maliyyələşmə ilə əldə edə biləcək
iç səhifə xəbər başlığı altı (mobil)_31
ABB-dən İslam bankçılığı çərçivəsində yeni məhsul
iç səhifə xəbər şəkil altı (mobil)_32

ABB İslam bankçılığı prinsiplərinə əsaslanan yeni “Murabaha” məhsulunu müştərilərə təqdim edib.

Marja xəbər verir ki, yeni məhsul biznes subyektlərinə faizsiz maliyyələşmə imkanı yaradır. “Murabaha” çərçivəsində sahibkarlar biznes fəaliyyəti üçün zəruri olan avadanlıq, daşınar və daşınmaz əmlak, eləcə də digər aktivləri əldə edə biləcəklər.

Məhsul üzrə maliyyələşmə məbləği 100 min manatdan 5 milyon manatadək müəyyən edilib. Müştərilər maliyyələşməni manat, ABŞ dolları və ya avro ilə əldə edə bilərlər.

ABB-nin məlumatına görə, “Murabaha” məhsulu üzrə ödəniş müddəti 1 ildən 3 ilədək nəzərdə tutulub. Müştərilər əldə etdikləri aktivin dəyərini əvvəlcədən razılaşdırılmış şərtlər əsasında hissə-hissə ödəyəcəklər.

Bank bildirir ki, məhsul üzrə faiz ödənişi tətbiq edilmir. Bunun əvəzində, maliyyələşmə əvvəlcədən şəffaf şəkildə razılaşdırılmış mənfəət marjası əsasında təqdim olunur.

Yeni məhsul sahibkarlara iri məbləğli alışları təxirə salmadan həyata keçirmək, biznesin genişləndirilməsi və investisiya planlarını daha rahat icra etmək imkanı verəcək.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

 

 

ABB ABB Bank ABB Murabaha Murabaha məhsulu İslam bankçılığı faizsiz maliyyələşmə ABB faizsiz kredit ABB biznes maliyyələşməsi sahibkarlar üçün Murabaha biznes üçün faizsiz maliyyə İslam maliyyəsi İslam bankçılığı Azərbaycanda Murabaha nədir Murabaha maliyyələşməsi şəriət prinsiplərinə uyğun maliyyələşmə biznes subyektləri üçün maliyyələşmə sahibkarlar üçün maliyyələşmə ABB yeni məhsul ABB yeni xidmət ABB biznes məhsulları biznes krediti faizsiz biznes krediti avadanlıq maliyyələşməsi daşınar əmlak maliyyələşməsi daşınmaz əmlak maliyyələşməsi aktivlərin alınması üçün maliyyələşmə
10.06.2026 09:25
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19