5 milyon dollar qazanc - TARİX AÇIQLANDI
Azərbaycanda qiymətli kağız sahibləri 1,25 milyon dollar qazanacaqlar
Azərbaycanda ən çox alınıb-satılan qiymətli kağızlar olan SOCAR İstiqrazlarının sahiblərinin qazancı yaxın günlərdə 5 milyon dollara çatacaq. SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişinin tarixi açıqlanıb.
"SOCAR Capital" şirkətinin məlumatına görə, növbəti faizlər oktyabrın 17-də ödəniləcək. Həmin gün istiqraz sahibləri hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə, 1,25 milyon dollar gəlir əldə edəcəklər.
Bu, SOCAR İstiqrazları üzrə sayca 4-cü faiz ödənişi olacaq. Əvvəlki faiz ödənişləri yanvar, aprel və iyul aylarının 17-də həyata keçirilib. Həmin ödənişlər nəticəsində istiqraz sahibləri indiyədək 3,75 milyon dollar qazanıblar.
Oktyabrın 17-də həyata keçiriləcək faiz ödənişindən sonra isə istiqraz sahiblərinin illik gəliri 5 milyon dollara çatacaq.
Xatırladaq ki, nominal qiyməti 1000 dollar olan SOCAR İstiqrazlarının illik gəlirliliyi 5% və ya ildə 50 dollardır. Faizlər hər 3 aydan bir ödənilir.
İstiqrazlar dollarla buraxıldığına görə, onlar üzrə faiz ödənişləri də dollarda həyata keçirilir. Faizlər istiqraz sahiblərinin bank hesablarına köçürüləcək. Onlar bu pulları istədikləri kimi istifadə edə bilərlər.
SOCAR İstiqrazları Azərbaycanın qiymətli kağızlar bazarında fiziki və hüquqi şəxslər tərəfindən ən çox alınan qiymətli kağızlardır. İstiqrazların əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyin yüksək olmasıdır. Nəticədə, istiqrazların qiyməti heç vaxt min dollardan aşağı düşmür və onları cəmi bir neçə dəqiqəyə nağd pula çevirmək mümkündür. Bu xüsusiyyətlərinə görə, SOCAR İstiqrazları hazırda bazarda ən sərfəli və əlverişli yatırım imkanlarından sayılır. Artıq özəl şirkətlər də vəsaitlərini SOCAR İstiqrazlarında saxlamağa üstünlük verirlər.
SOCAR İstiqrazlarını təkrar bazardan əldə etmək üçün 1 və 5 saylı ASAN Xidmət mərkəzlərinə və ya *1999 qaynar xəttinə müraciət etmək lazımdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər







.jpg)








.jpg)






