Azərbaycan Çindən turistlərin cəlb edilməsi üçün iş aparır
"Növbəti Bakı şopinq festivalında iştirakçıların sayı 500-dən çox olacaq. Halbuki, bu rəqəm ötən festivalda 300-dən az idi".
Bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, bu il iştirakçılara əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması prosesi daha da sadələşdiriləcək.
Nazir ərəblərlə yanaşı digər ölkələrin vətəndaşları üçün də sadələşdirilmiş viza rejiminin mümkün tətbiqinə də müasibət bildirib:
"Hazırda "ASAN Viza" sistemi mövcuddur. Düşünürəm ki, bu, xarici turistlər üçün yaradılan ən unikal şəraitdir. Ola bilər ki, hansısa ölkələrin vətəndaşları üçün xüsusi qaydalar tətbiq edilsin, bu isə artıq xarici siyasətin tərkib hissəsidir".
Ə.Qarayevin sözlərinə görə, hazırda çinli turistlərin Azərbaycana cəlb edilməsi üçün iş aparılır: "Bu yaxınlarda Çinə səfərimiz olub, onlarla anlaşma imzaladıq. Xarici İşlər Nazirliyi vasitəsi ilə iş aparılır. Həmçinin AZAL aviaşirkəti Çinə uçuşları genişləndirir. Çinli turistlər xüsusi turistlərdir. Onları cəlb etmək hər turizm firmasının işi deyil. Biz bu işi yalnız bacaranlara tapşıracağıq".
Nazir turizm sahəsində dempinq sisteminin tətbiqi barədə də danışıb və deyib ki, qiymətlərin süni şəkildə artırılıb-azaldılmasının əleyhinədir: "Düşünürəm ki, hər qiymətə uyğun təklif olmalıdır. Dempinq sistemi özü-özlüyündə şirkətlərin müflis olmasına şərait yaradır. Ola bilsin ki, hansısa şirkət bir qiymətə 2 ulduzlu hotel təklif edər, digəri isə başqa şey təklif edər".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























