Trampdan “vurub məhv edin” əmri
Qlobal neft daşımalarının ən mühüm keçid nöqtəsi olan Hörmüz boğazında İranın mina yerləşdirmə fəaliyyətlərinə qarşı ABŞ-dan ən sərt hərbi cavab siqnalı verilib.
Marja xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp cümə axşamı verdiyi açıqlamada ABŞ Hərbi Dəniz Qüvvələrinə bölgədə mina yerləşdirərkən aşkar edilən hər cür qayıq və ya gəmini “vurub məhv etmək” əmri verdiyini açıqlayıb.
Boğazın təhlükəsiz şəkildə yenidən gəmi hərəkətinə açılması üçün aparılan mina təmizləmə əməliyyatları barədə də məlumat verən Tramp bildirib ki, ABŞ-ın mina axtaran gəmiləri hazırda “adi gücün üç qatına” bərabər tempdə işləyir.
Pentaqon isə mina təmizləmə işlərinin altı ay çəkəcəyi barədə mediaya sızdırılan iddiaları təkzib edərək su yolunun mümkün qədər tez təhlükəsiz hala gətirilməsi üçün bütün texnoloji imkanların səfərbər edildiyini bildirib.
İran ABŞ-ın bölgədə həyata keçirdiyi mina təmizləmə fəaliyyətlərini suverenliyin pozulması kimi qiymətləndirdiklərini və Amerika gəmilərinin marşrutdan kənara çıxacağı halda onlara atəş açılacağını bir daha bəyan edib.
İrandan gəmilərin saxlanılması addımı
Tramp bu açıqlamanı İran İnqilab Keşikçilərinin boğazda kommersiya gəmilərinə qarşı müdaxilələri sərtləşdirməsindən sonra verib. İran qüvvələri son saatlarda MSC Francesca və Epaminondas adlı iki iri ticarət gəmisini saxlayaraq öz limanlarına aparıb.
İran bildirirb ki, ABŞ-ın İran limanlarına tətbiq etdiyi dəniz blokadası davam etdiyi müddətdə boğaz beynəlxalq gəmiçilik üçün açılmayacaq və keçid etməyə çalışan gəmilər hədəfə alınacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























